| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Xəbər arxivi
Çap versiyası
07.09.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə“Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib

Layihənin icrasının nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına tamhüquqlü üzvlüyü gözlənilir

Bu, yerli sahibkarların xarici bazara çıxışının sürətləndirilməsi üçün vacib əhəmiyyət daşıyan uyğunluğun qiymətləndirilməsi prosesinin nəticələrinin (uyğunluq sertifikatları, sınaq protokolları və kalibrləmə şəhadətnamələrinin) Avropada tanınmasını təmin edəcək

Sentyabrın 7-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsiadlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət   Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov layihənin məqsədinin Azərbaycanda keyfiyyət infrastrukturu sahələrindən biri olan akkreditasiyanın inkişafına nail olmaqla ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının yüksəldilməsi və məhsulların ixrac qabiliyyətinin genişləndirilməsi olduğunu bildirib. Komitə sədri qeyd edib ki, bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən qarşıya bir sıra vəzifələr qoyulub. Bunlar əsasən ticarətdə texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir.

Ramiz Həsənov Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən birgə layihələrin xüsusi əhəmiyyətini vurğulayıb. O deyib ki, komitə Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübəyə uyğunlaşdırılması ilə bağlı islahatlar çərçivəsində 2008-ci ildən Avropa İttifaqının Tvinning alətindən istifadə edir. İndiyə qədər 3 Tvinninq layihəsini uğurla icra etməklə keyfiyyət infrastrukturu sahələrini tənzimləyən qanunvericilik aktları beynəlxalq təcrübəyə uyğunlaşdırılıb, milli etalon bazası formalaşıb, sistem xarakterli islahatlar həyata keçirilib.

Ramiz Həsənov  hazırda icrasına başlanılan Tvinninq layihəsi nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına (EA) tam hüquqlu üzvlüyünün təmin ediləcəyinə, qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağına əminliyini ifadə edib. Həmçinin bildirib ki, milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla kommunikasiyanın gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələlər də öz həllini tapacaq.

Sonra çıxış edən Avropa İttifaqının (Aİ) Azərbaycandakı Əməkdaşlıq şöbəsinin  rəhbəri Jeron Villems təmsil etdiyi təşkilatla ölkəmizin əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib. Xüsusilə Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın önəmini qeyd edən Jeron Villems akkreditasiya  sahəsinin inkişafında Tvinninq layihəsinin rolunu da vurğulayıb. Xarici diplomat bundan sonra da Azərbaycanda keyfiyyət infrastrukturu sahələrinin müasir təcrübə ilə uzlaşdırılması prosesində Avropa İttifaqının yaxından iştirak edəcəyinə, lazımi dəstəyin verilməsinə əminliyini bildirib.

Çıxış edən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, İtaliyanın Azərbaycandakı səfiri Kampaolo Kutillo, Latviyanın Azərbaycandakı səfiri Juris Maklakovs, Almaniyanın İqtisadi Məsələlər və Energetika Nazirliyinin rəsmisi Norbert Şults, Almaniya Akkreditasiya Təşkilatının (DAkkS) icraçı direktoru Stefan Finki, İtaliya Akkreditasiya Təşkilatının (ACCREDIA) baş direktoru Flippo Trifiletti, Latviya Akkreditasiya Bürosunun (LATAK) rəhbəri Olqa Veylande və digər müvafiq qurumların rəhbər şəxsləri layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycanla əməkdaşlıqdan razılıq ifadə ediblər. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya üzrə Aİ siyasəti və beynəlxalq əməkdaşlıq haqqında təcrübə haqqında da çıxışlar olub.

Aİ və SMPDK-nın birgə icrasına başladıqları Tvinninq layihəsi Almaniya, İtaliya və Latviya kimi qabaqcıl keyfiyyət infrastrukturu olan ölkələrin təcrübəsindən bəhrələnməklə icra olunacaq. Layihənin uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ISO standartlarının tətbiqi, yerli mütəxəssislərin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda (ILAC, IAF və EA) müvafiq sahələr üzrə bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra seminar, təlim və təcrübə proqramlarında iştirakı, İnformasiya İdarəetmə Sisteminin (İİS) yaradılması, akkreditasiya sisteminin təşkilati idarəetmə və planlaşdırılmasının Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və milli akkreditasiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı, Avropa Akkreditasiya Təşkilatı (EA), Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation - İLAC) təşkilatının və Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tələblərinə uyğunlaşdırılması kimi bir sıra komponentləri var. 

2 il müddətinə icra olunacaq layihənin əsas məqsədi akkreditasiya sahəsində standartlara, normalara və proseslərə dair Aİ və beynəlxalq təcrübəyə uyğun olaraq, akkreditasiya sisteminin inkişafı vasitəsi ilə Azərbaycanın dünya bazarına çıxışını dəstəkləməkdir.

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır