Çap et
Əmtəə və xidmətlərin Beynəlxalq təsnifatı

ƏMTƏƏ VƏ XİDMƏTLƏRİN BEYNƏLXALQ TƏSNİFATI (ƏXBT 9)

 ƏMTƏƏ VƏ XİDMƏTLƏRİN SİNİFLƏRİNİN İZAHLI SİYAHISI

ƏMTƏƏLƏR

 

01-ci sinif

Sənayedə, elmidə məqsədlərdə, fotoqrafiyada, kənd təsərrüfatında, bağçılıqda və meşəçilikdə istifadə üçün nəzərdə tutulan kimyəvi məhsullar;

emal olunmamış sintetik qatranlar, emal olunmamış plastik materiallar;

gübrələr;

od söndürmək üçün tərkiblər; metalların tavlanması və lehimlənməsi üçün preparatlar; ərzaq məhsullarının konservləşdirilməsi üçün preparatlar;

aşı maddələri;

sənaye məqsədləri üçün yapışqan maddələr.

02-ci sinif

Boya, əlif yağları, laklar;

metalları korroziyadan və ağacı xarab olmaqdan mühafizə edən qoruyucu vasitələr;

boyaq maddələri;

aşılayıcı maddələr;

emal olunmamış təbii qatranlar;

bədii-dekorativ məqsədlər  və bədii mətbuat üçün istifadə edilən təbəqə və tozvari metallar.

03-cü sinif

Ağartma üçün preparatlar və yuma üçün digər maddələr; təmizləmə, cilalama, yağsızlaşdırma və abraziv emal üçün preparatlar; sabunlar; ətriyyat məmulatları, efir yağları, kosmetika, saç üçün losyonlar; diş tozları və  pastaları.

04-cü sinif

Texniki yağlar və sürtkülər;

sürtkü materialları;

tozu udmaq, islatmaq və birləşdirmək üçün tərkiblər;

yanacaqlar (o cümlədən, benzinlər) və işıqlandırıcı materiallar;

fitillər və işıqlandırma üçün şamlar.

05-ci sinif

Əczaçılıq,baytarlıq və gigiena preparatları

tibbi məqsədlər üçün pəhriz maddələri, uşaq qidası;

plastırlar, sarğı materialları;

dişləri plomblamaq və diş surətlərini hazırlamaq üçün materiallar;

dezinfeksiyaedici vasitələr;

ziyanverici heyvanları məhv etmək üçün preparatlar; fungisidlər, herbisidlər. 

06-cı sinif

Adi metallar və onların xəlitələri;

metal tikinti materialları;

səyyar metal konstruksiyalar və tikililər;

dəmir yolları üçün metal materiallar;

metal troslar və məftillər (qeyri-elektrik);

dəmir və qıfıl məmulatları;

metal borular;

seyflər;

digər siniflərə aid edilməyən adi metallardan məmulatlar;

filizlər.

07-ci sinif

Maşınlar və dəzgahlar; mühərriklər (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla); birləşmələr və ötürmə elementləri (yerüstü nəqliyyat vasitələri üçün nəzərdə tutulanlar istisna olmaqla); əl ilə idarə edilən alətlərdən başqa, kənd təsərrüfatı  alətləri; inkubatorlar.

08-ci sinif

Əl vasitələri və alətlər;

bıçaq məmulatları, çəngəllər və qaşıqlar;

soyuq silah;

ülgüclər.

09-cu sinif 

Elmi, dəniz, geodeziya, fotoqrafiya, kinematoqrafiya, optika, çəkmə, ölçmə, siqnalizasiya, nəzarət (yoxlama), xilas etmə və tədris üçün cihaz və alətlər;  elektrikin ötürülməsi,  paylanması,  transformasiyası,  toplanması, tənzimlənməsi və ya  idarə edilməsi üçün   cihaz  və  alərlər; səsin  və  ya  təsvirin  yazılması,  ötürülməsi,  canlandırılması   üçün aparatura; məlumatın maqnit daşıyıcıları, səsyazma diskləri; ticarət avtomatları və ilkin ödənişli aparatlar üçün mexanizmlər;

kassa aparatları, hesablayıcı maşınlar, məlumatları işləmək üçün avadanlıq və kompüterlər; od söndürmək üçün avadanlıq.

10-cu sinif 

Cərrahiyyə, tibbi, stomatoloji və baytarlıq cihaz və alətləri; 

ətrafların protezləri, göz və diş protezləri;

ortopedik məmulatlar;

tikiş qoymaq üçün materiallar.

11-ci sinif

İşıqlandırma, qızdırma, buxar əldə etmə, ərzaq məhsullarının isti emalı üçün, soyutma, qurutma, ventilyasiya etmə üçün, su bölüşdürücü və sanitar-texniki qurğular.

12-ci sinif 

Nəqliyyat vasitələri; quruda, suda və havada yerini dəyişən aparatlar.

13-cü sinif 

Odlu silah;

döyüş sursatı və mərmilər;

partlayıcı maddələr;

fişənglər.

14-cu sinif

Nəcib metallar və onların xəlitələri, onlardan digər siniflərə aid edilməyən məmulatlar və ya örtülər;

zərgərlik məmulatları, bjuteriya, qiymətli daş-qaşlar;

saatlar və digər xronometrik cihazlar.

15-ci sinif 

Musiqi alətləri.

16-cı sinif

Kağız, karton və onlardan digər siniflərə aid edilməyən məmulatlar; çap məhsulları;

cildləmə işləri üçün materiallar; fotoşəkillər; yazı kağızı malları; dəftərxana və məişət məqsədləri üçün yapışqan maddələr; rəssamlar üçün ləvazimatllar; fırçalar; yazı makinaları və kontor ləvazimatları (mebel istisna edilməklə); tədris materialları və əyanı vəsaitlər (aparatlar istisna olmaqla); qablaşdırma üçün plastik kütlədən qayırılmış materiallar (digər siniflərə aid edilməyən); şriftlər; mətbəə klişesi.

17-ci sinif 

Kauçuk, rezin, quttaperça, asbest, slyuda və bu materiallardan digər siniflərə aid edilməyən məmulatlar;

qismən e’mal olunmuş plastik kütlələrdən məmulatlar;

kəpitkələmə, sıxlaşdırma və izolyasiya üçün materiallar;

qeyri-metal elastik borular.

18-ci sinif

Dəri və onun əvəzediciləri, onlardan digər siniflərə aid edilməyən  məmulatlar; 

heyvan dəriləri;

yol sandıqları, çamadanlar;

yağış və gün çətirləri, əsalar;

qırmanclar, qamçılar, at yəhər-qayışı və sərraclıq malları.

19-cu sinif 

Qeyri-metal tikinti materialları; tikinti məqsədləri üçün qeyri-metal sərt borular;

asfalt, qatranlar və bitum; qeyri-metal səyyar konstruksiyalar və tikililər; qeyri –metal abidələr.

20-ci sinif 

Mebel, güzgülər, şəkillər üçün çərçivələr; ağacdan, mantardan, qamışdan, qarğıdan, söyüddən, buynuzdan, sümükdən, fil sümüyündən, balina bığından, tısbağaların qınından, balıqqulaqlarından, kəhrabadan, sədəfdən, dəniz penkasından, bu materialların əvəzediciləindən və ya plastik kütlələrdən digər siniflərə aid edilməyən məmulatlar.

21-ci sinif 

Ev və ya mətbəx əşyaları və qab-qacaq;

daraqlar və süngərlər;

şotkalar (fırçalar istisna olmaqla);

şotka məmulatları üçün materiallar;

təmizlik və yır-yığış üçün tərtibatlar;

metal liflər;

emal olunmamış və ya qismən emal olunmuş şüşə (tikinti şüşəsi istisna olmaqla);

şüşə, çini və saxsıdan digər siniflərə aid edilməyən məmulatlar.

22-ci sinif

Digər siniflərə aid edilməyən kanatlar, kəndirlər, ciyələr, torlar, çadırlar, talvarlar, brezentlər, yelkənlər və kisələr;

doldurma materialları (rezin və plastik materiallardan olanlar istisna olunmaqla); toxuculuq lifti üçün xammal.

23-cü sinif

Toxuculuq sapları və iplik.

24-cü sinif :

Digər siniflərə aid edilməyən parçalar və toxuculuq məmulatları; ədyallar, örtüklər və süfrələr.

25-ci sinif 

Geyim, ayaqqabı və baş geyimləri.

26-cı sinif 

Krujeva və tikməli məmulatlar, tesma və lentlər;

düymələr, basmadüymələr, qarmaqlar və qarqaralar, sancaqlar və iynələr;

süni güllər.

27-ci sinif

Xalçalar, həsirlər, ayaqaltılar, linoleum və döşəmə üçün digər örtüklər;

toxuma olmayan divar kağızları və üzlük materiallar.

28-ci sinif

Oyunlar, oyuncaqlar;

digər siniflərə aid edilməyən gimnastika və idman malları;

yolka bəzəkləri.

29-cu sinif

Ət, balıq, quş və ov quşu əti; ət ekstraktları;konservləşdirilmiş, qurudulmuş və istilik emalına uğradılmış tərəvəzlər və meyvələr; jele, mürəbbə, kompotlar; yumurta, süd və süd məhsulları; qida yağları və piyləri.                                                                                

30-cu sinif

Qəhvə, çay, kakao, qənd, düyü, tapioka (manioka), saqo, qəhvə əvəzediciləri; un və taxıl məhsulları, çörək-bulka məmulatları, qənnadı məmulatları, dondurma; bal, patokadan sirop; maya, çörəkçilik tozları; duz, xardal; sirkə, souslar; ədviyyatlar; qida buzu.

31-ci sinif

Digər siniflərə aid edilməyən kənd təsərrüfatı, bağ-bostan, meşə və taxıl məhsulları;

diri heyvanlar;

təzə meyvələr və tərəvəzlər; toxumlar, canlı bitkilər və güllər;

heyvanlar üçün yemlər; 

səməni.

32-ci sinif

Pivə;

mineral və qazlı sular və digər alkoqolsuz içkilər;

meyvəli içkilər və meyvə şirələri;

siroplar və içkilərin  hazırlanması üçün digər tərkiblər.

33-cü sinif

Alkoqollu içkilər (pivə istisna olmaqla).

34-cü sinif

Tütün;

papiros çəkmək üçün ləvazimatlar;

kibrit.

 

XİDMƏTLƏR

 

35-ci sinif:

Reklam; biznes sahəsində menecment;biznes sahəsində inzibati fəaliyyət;

ofis xidməti.

36-cı sinif

Sığortalama;

maliyyə fəaliyyəti;

kredit-pul əməliyyatları;

daşınmaz əmlaka dair əməliyyatlar.

37-ci sinif

İnşaat;

təmir;

avadanlığın quraşdırılması.

38-ci sinif

Telekommunikasiyalar.

39-cu sinif

Nəql etmə; malların qablaşdırılması və saxlanması; səyahətlərin təşkili.

40-cı sinif

Materialların emalı.

41-ci sinif

Tərbiyə etmə;

tədris prosesinin təmin edilməsi;

əyləncələr;

idman və mədəni-maarif tədbirlərinin təşkili.

42-ci sinif

Elmi və texnoloji xidmətlər və onlara aid olan elmi tədqiqatlar və işləmələr;

sənaye analizi və elmi tədqiqatlar üzrə  xidmətlər;

kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi.

43-cü sinif

Ərzaq məhsulları və içkilərlə təmin etmə üzrə xidmətlər;

müvəqqəti yaşayışın təmin edilməsi.

44-cü sinif

Tibbi xidmətlər;

baytarlıq xidmətləri;

insanlar və heyvanlar üçün gigiyena və kosmetika sahəsində xidmətlər;

kənd təsərrüfatı, bostançılıq və meşəçilik sahəsində xidmətlər.

45-ci sinif 

Hüquqi xidmətlər;

əmlakın və fərdi şəxslərin müdafiəsi üçün təhlükəsizlik xidmətləri;

fərdi şəxslərin tələbatlarının təmin edilməsi üçün başqaları tərəfindən göstərilən şəxsi və sosial xidmətlər.