Çap et
Qaynar xətt

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin "Qaynar xətt" telefon nömrəsi: 963

"Qaynar xətt" rabitə əlaqəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək, eləcə də məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, istehlakçılarla bu sahələrdə əlaqələrin genişləndirilməsi, istehsal, xidmət, ticarət sahələrində rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında çevik təsir mexanizminin yaradılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Sədri Ramiz Həsənovun 24.06.2010 tarixli 105 nömrəli Əmri ilə yaradılmışdır.

Komitə "Qaynar xətt" vasitəsilə standartlaşdırma, metrologiya və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar hüquq pozuntuları və bu sahədə digər narahatedici hallar barədə məlumatları qəbul edir. "Qaynar xətt"ə zəng edən şəxs tərəfindən özü haqqında müvafiq məlumat təqdim edilmədikdə, olunmuş müraciət qeydə alınmır. Daxil olan məlumatlar (şikayət və müraciətlər) məsul şəxs tərəfindən dərhal araşdırılması üçün Komitənin aidiyyatı struktur bölmələrinə ötürülür.