Çap et
Xəbər arxivi
02.06.2017

MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin Bakıdakı iclası yekunlaşıb - FOTO

Yekun protokol imzalanıb, şuraya sədrlik Azərbaycandan Özbəkistana ötürülüb

İyunun 1-də MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin Bakıdakı iclası yekunlaşıb. İclasda yekun protokol imzalanıb.

Protokola əsasən şuraya sədrlik səsvermə ilə Azərbaycandan Özbəkistana ötürülüb. Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktoru Aktam Xaitov Dövlətlərarası Şuranın sədri seçilib. Məlumat üçün deyək ki, son iki ildə şuraya sədrliyi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov həyata keçirib. Ramiz Həsənov Şuranın rəmzi heykəlciyini özbək həmkarına təqdim edib.

İclasdan sonra Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb.