ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Personalın sertifikatlaşdırılması haqqında

Müasir dövrdə rəqabətədavamlı məhsulların və keyfiyyətli xidmətlərin istehlkaçılara təqdim edilməsi, müəssisənin rentabelli olması birbaşa onun personalının səriştəliliyi ilə şərtlənir. Bu faktoru nəzərə alaraq bütün dünyada geniş tətbiq olunan ISO 17024:2012 beynəlxalq standartına uyğun olaraq personalın sertifikatlaşdırılması həyata keçirilir. Prosesin yekununda sertifikatlaşdırılma sxemləri əsasında imtahan vasitəsilə heyətin öz peşə faəliyyəti üzrə bilik bacarıqları, onları nümayiş etdirmək və inkişaf imkanları aşkara çıxarılır.

İmtahanlar hər vəzifə və peşə üzrə müəyyən edilmiş meyarlar əsasında aparılır.

Personalın sertifikatlaşdırılması təşkilata öz mütəxəsislərinin səriştəliliyini müəyyən etməyə imkan verir.

“Azərbaycan Standartlaşdırma İnstitutunun “Təlim-tədris Mərkəzi İdarəetmə sistemlərinin və Personalın sertifikatlaşdırılması orqanı” beynəlxalq standartlar əsasında sertifikatlaşdırma işlərini, personalın sertifikatlaşdırılması və müvafiq təlimlərin keçirilməsini təşkil edir.

Təlimlər Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Eğitim Mərkəzi"nin və Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılır. Təlimlərin nəticələrinə əsasən verilən sertifikatlar Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınır.

Əlaqəli şəxs: Saday Əliyev

“Təlim-tədris Mərkəzi İdarəetmə sistemlərinin və

Personalın sertifikatlaşdırılması orqanı”nın direktoru

Tel: (+994 12) 514 96 03 (dax.115), (+994 50)312 15 49

E-mail: s.aliyev@azstand.gov.az, saday.aliyev@mail.ru

Beynəlxalq əməkdaşlıq