Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən IV Məzun-Karyera Sərgisində iştirak edib.
Sərgidə 78 şirkət ADNSU-nun tələbə və məzunlarlarına ümumilikdə 562 vakansiya üzrə iş yerlərini təklif edib. Sərgidə SOCAR, BP, Azərsu ASC, Azərenerji, SOCAR Polymer, KCA Deutag və digər dövlət və özəl şirkətlər iştirak edib. 2000-dək tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.
Sərgi zamanı AZSTAND-ın əməkdaşlarına tələbə və məzunlar tərəfindən işə qəbul ilə bağlı 58 CV təqdim olunub.