ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən SOCAR-ın yeni YDS-nə keyfiyyət nişanı təqdim edilib
2 İyun, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən SOCAR-ın Mingəçevir şəhərində yerləşən yeni yanacaqdoldurma stansiyasına (YDS) keyfiyyət nişanı verilib. 
Belə ki, açılış mərasimində Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndələri, “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları iştirak edib. 
Məlumat üçün bildirək ki, “SOCAR PETROLEUM”a məxsus YDS-dən götürülən yanacaq nümunələrinin AZSTAND-ın Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında müvafiq standartların tələblərinə uyğunluğu yoxlanılıb və onların standartların tələblərinə cavab verməsi təsdiqlənib. Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyasına keyfiyyət nişanı təqdim olunub. Keyfiyyət nişanı məhsulun, xidmətin keyfiyyətli olmasını və standartlara uyğunluğunu təsdiq edir.

Tarix:

2 İyun, 2023