ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Dövlət Xidmətinin nümayəndə heyəti Beynəlxalq Metrologiya Forumunda iştirak edib
18 May, 2023

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Moskva şəhərində təşkil olunan “Sərhədsiz Metrologiya” sərgisində iştirak ediblər.  
Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndə heyəti Rusiyada səfər edib. Nümayəndə heyəti səfər çərçivəsində Ümumdünya Metrologiya Gününə həsr olunan Beynəlxalq Metrologiya Forumu və “Sərhədsiz Metrologiya” sərgisində iştirak edib. 
Qeyd edək ki, 15-17 may tarixlərində keçirilən forum və sərgiyə Rusiyanın federal icra hakimiyyəti orqanlarının, milli metrologiya institutlarının və regional standartlaşdırma, metrologiya və sınaq mərkəzlərinin, dövlət korporasiyaları və Rusiya sənayesinin aparıcı müəssisələrinin nümayəndələri, həmçinin ölçmə avadanlıqlarının tədarükçüləri və alıcıları qatılıb.  
 

Tarix:

18 May, 2023