ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Əlvan metalların keyfiyyətinin yüksəldilməsinə dair yeni standart qəbul edilib
11 May, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS 931-2023  “Əlvan metallardan hazırlanan yivli birləşdirici detallar – bağlayıcılar – boltlar, vintlər, şpilkalar və qaykalar” dövlət standartı təsdiq edilib.
Bu standart əlvan metallardan hazırlanan yivli birləşdirici detallar, bağlayıcılar qara metallardan hazırlanan oxşar məhsullardan fərqli olaraq pas və korroziyaya davamlılığı, həmçinin tərkibində dəmir mövcud olan detallarla müqayisədə möhkəmliliyi, aqressiv mühitlərə dözümlülüyü ilə fərqlənir. Bu xüsusiyyət onların müqavimətə, xüsusi ilə dəyişkən hava şəraitinə məruz qaldıqda dayanıqlılığı və etibarlılığını artırır.
Bununla belə, sualtı konstruksiyaların quraşdırılmasında əlvan metallardan hazırlanan yivli birləşdirici detalların – bağlayıcıların istifadəsi tikili və ya qurğunun uzunömürlülüyünü təmin edir. 
Əlvan metallardan hazırlanan bağlayıcılar yüksək istilik müqavimətinə malik olur. Bağlayıcıların üstünlüklərindən biri də ləkələrə qarşı müqavimətli olmasıdır. Əlvan metalların bu xüsusiyyəti öz növbəsində aqressiv mühitlərdə, həmçinin hər-hansı xarici təsirlərə qarşı yivli birləşdirici detalların kosmetik görünüşünü qoruyan amillərdəndir.
Eyni zamanda, hazırlanma prosesində tərkibində əlvan metallar olan yivli birləşdirici detalların – bağlayıcıların elastiklik qabiliyyətinin mövcud olması onların formalarını istənilən qəlibə salmağa kömək edir və bununla da konstruksiyaya rahat quraşdırılma təmin olunur. 
Yeni standart Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinə, Xəzər Dəniz Nəqliyyat Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutuna rəyə təqdim edilib və müvafiq rəylərdən sonra İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

11 May, 2023