ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Metrologiya sahəsi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 47) yaradılıb.
26 Aprel, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “Metrologiya sahəsi” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 47) yaradılıb, TK47-nin əsasnaməsi və strukturu təsdiq edilib.

Texniki Komitə (TK47) ölçmə vasitələri və standart nümunələrin yoxlanılması, kalibrlənməsi üçün istifadə edilən metodika və standartların, beynəlxalq, dövlətlərarası standartların, həmçinin milli standartların hazırlanması və tətbiqində maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi ilə təsis edilib.

Qeyd olunan Texniki Komitəyə (TK47) sədrlik və katibliyin fəaliyyətinin təşkili Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən həyata keçirilir.

 

Tarix:

26 Aprel, 2024