ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Qida obyektlərinin təchizatına dair yeni dövlət standartı qəbul edilib
12 Aprel, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 928:2023 “Qida obyektlərinin təşkili (planlaşdırılması) və təchizatına dair tələblər” dövlət standartı qəbul edilib.
Dövlət standartında yeni qida obyektlərinin yerləşdirilməsi, təşkili (planlaşdırılması) və təchizatı ilə bağlı meyarlar təsbit olunub. Standart ictimai iaşə sənayesi, ərzaq məhsullarının pərakəndə satıcıları və kiçik istehsalçıları tərəfindən istismar olunan tikinti obyektlərinə (binalara) şamil edilir. 
Yeni standart İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

12 Aprel, 2023