| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Patent/İddia sənədinin verilmə qaydaları/Coğrafi göstərici
Çap versiyası
Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədi iddiacı tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə (bundan sonra Komitə) təqdim edilir. 
İddiaçı Komitəyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Komitədə qeydə alınmış patent müvəkkili vasitəsilə.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla xarici hüquqi və fiziki şəxslər Komitəyə iddia sənədini yalnız patent müvəkkilləri vasitəsilə verirlər.
İddia sənədi ərizədən (xüsusi forma) və ona qoşulan zəruri sənədlərdən ibarət olmaqla bir coğrafi göstəriciyə aid olmalıdır.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə aşağıdakilar göstərilməlidir:
- iddiacının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası);
- iddia edilən coğrafi göstəricinin şəkli;
- coğrafi göstəricinin aid ediləcəyi əmtəənin və ya xidmətin adı;
- əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları;
- əmtəənin xüsusiyyətlərinin təsviri.
Ərizəyə aşağıdakılar qoşulur:
- dövlət rüsumunun ödənildiyini təstiq edən sənəd;
- iddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təstiq edən sənəd;
- kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, vahid keyfiyyət və digər xüsusiyyətləri;
- zəruri halda əmtəə nişanının "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Qanunun 10-cu maddəsinə uyğun ilkinliyini təstiq edən sənəd;
- iddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən sənəd və rəy;
- əmtəənin mənşə ölkəsində iddiaçının iddia etdiyi coğrafi göstəricini təstiq edən sənəd.
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.

Coğrafi göstərici barəsində iddia sənədinin ekspertizası müəyyənləşdirmiş qaydalara uyğun olaraq ilkin ekspertizadan və ekspertizadan ibarət olmaqla Komitə tərəfindən həyata keçirilir.
İddia sənədinin ekspertizasının aparıldığı dövrdə ona dair qərar qəbul edilənədək iddiaçı müəyyənləşdirilmiş dövlət rüsumu ödəyərək öz təşəbbüsü ilə iddia sənədinin materiallarını tamamlaya, dəqiqləşdirə və ona düzəliş edə bilər.

İDDİA SƏNƏDİNİN GERİ GÖTÜRÜLMƏSİ
Coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

İLKİN EKSPERTİZA
Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq ücün qəbul və ya rədd edildiyi iddiaçıya bildirir.

COĞRAFİ GÖSTƏRİCİLƏRİN EKSPERTİZASI ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır