ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda rüşvətxorluğa qarşı idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində yeni dövlət standartı qəbul edilib
18 Avqust, 2025

Yeni dövlət standartı rüşvətxorluğa qarşı idarəetmə sisteminin yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanması, qiymətləndirilməsi və təkmilləşdirilməsi üçün tələbləri müəyyən edir.

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlaması aparılıb. Nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025  “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.

Bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.

Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS ISO 37001:2025  “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədi ilə qəbul edilib.

 

Tarix:

18 Avqust, 2025