M Ə L U M A T
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (AZSTANDART) təsis edilmiş və standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik bu quruma həvalə edilmişdir.
İnstitutun əsas fəaliyyət istiqamətləri:
► Standartların hazırlanması, qəbulu və ləğv edilməsi
► Dövlət Standartlar Fondunun idarə edilməsi
► Texniki Komitələrin fəaliyyətinin əlaqələndirilməsi
► Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarında təmsil edilməsi
► Standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması
2017-ci ildən etibarən standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinin təşviq edilməsi məqsədilə, İnstitut ISO-nun tamhüquqlu üzvü olmaqla yanaşı, Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) Müxbir Ölkələr Proqramında (Affiliate Country Program) iştirak edir və Avropa Standartlaşdırma Təşkilatında (CEN) Tərəfdaş Standartlaşdırma Orqanı (CSB) statusunda təmsil olunur.