“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Uyğunluğun qiymətləndirilməsi departamenti məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur.
“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin regionlarda sertifikatlaşdırma işlərini həyata keçirən regional bölmələri fəaliyyət göstərir. Bu da müəssisə və təşkilatlarların məhsullarının sertifikatlaşdırılması zamanı əlavə xərc və vaxta qənaət etməsinə əlverişli şərait yaratmışdır.