ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ən çox soruşulan suallar

Standart -təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir.

Rəsmi nəşr- standartlaşdırma üzrə dövlət fondu bazasında standartlaşdırma üzrə normativ sənədlərin milli standartlaşdırma qurumu tərəfindən kağız və elektron daşıyıcılarda nəşr edilməsidir.

Rəsmi yayım - müəlliflik hüquqları qorunmaqla, təşkilatların, fiziki və ya hüquqi şəxslərin müvafiq sorğuları əsasında milli standartlaşdırma qurumu tərəfindən rəsmi nəşrin təqdim edilməsi və ya satışıdır.

Rəsmi nəşrləri milli standarlaşdırma qurumu olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsdən həm elektron həm də çap formatında əldə etmək olar.

ICS (Standartların Beynəlxalq Təsnifatı) beynəlxalq, regional və milli standartların və digər normativ sənədlərin kataloqları üçün struktur kimi, daimi sifariş sistemləri üçün isə əsas kimi xidmət etmək üçün nəzərdə tutulmuşdur.

Bu zaman “Bazada olmayan standartların sifarişi” bölməsinə daxil olaraq sifarişinizi yönləndirə və qeyd olunmuş müddət ərzində standartı əldə edə bilərsiniz.

Uyğunluq sertifikatı sertifikatlaşdırılmış malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun müvafiq standartlaşdırma üzrə normativ sənədlərdə, texniki reqlamentlərdə və digər normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğunluğunu təsdiq edən sənəddir.

Uyğunluq sertifikatı nə üçün lazımdır? Uyğunluq sertifikatı - insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran məhsulun (proseslərin, xidmətlərin) buraxılmasının və satışının qarşısının alınmasında mühim rol oynayır. Uyğunluq sertifikatı: • istehlakçılara məhsulun (proseslərin, xidmətlərin) səriştəli seçilməsinə köməklik edir; • bütün maraqlı tərəflərə məhsulun, prosesin və ya xidmətin göstərilən tələblərə cavab verdiyinə əminlik yaradır; • məhsul və xidmətlərin standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır. • ölkədə istehsal olunan məhsulların rəqabətqabiliyyətli olmasına və xarici bazarlara çıxışına şərait yaradır.

Məhsulun sertifikatlaşdırılması üçün sifarişçi saytda göstərilən sifariş forması üzrə kağız və ya elektron formatda sifariş təqdim edir. Sifarişçi aşağıdakı sənədləri sifarişə əlavə edir: Seriya və partiya ilə istehsal olunan məhsullar üzrə: • sifarişçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və yaxud nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti; • sifarişçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti; • sifarişçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli; • sifarişçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; • standartlaşdırma üzrə normativ sənədin rəsmi nüsxəsi; • məhsula dair konstruktor sənədləri (mal növünə və seçilmiş sertifikatlaşdırma sxemə uyğun olaraq); • məhsula dair texnoloji sənədləri (mal növünə və seçilmiş sertifikatlaşdırma sxemə uyğun olaraq); • məhsula dair istismar sənədləri (mal növünə və seçilmiş sertifikatlaşdırma sxemə uyğun olaraq); • keyfiyyəti idarəetmə sisteminə dair sertifikatın surəti - 2,6,8-ci sertifikatlaşdırma sxemləri üzrə tələb olunur; • keyfiyyəti idarəetmə sisteminə dair sertifikatı mövcud olan müəssisənin məhsulu davamlı şəkildə buraxmaq qabiliyyətini təsdiqləyən məlumatı - 2,6,8-ci sertifikatlaşdırma sxemlər üzrə tələb olunur; • akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında aparılmış sınaqların protokolları (mövcud olduqda); • materiallara, komplektləşdirici məmulatlara və ya məmulatların tərkib hissələrinə dair uyğunluq sertifikatları və ya sınaq protokolları (mövcud olduqda); • sertifikatlaşdırılan malın növünə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarında və ya texniki reqlamentlərdə nəzərdə tutulmuş digər sənədlər; • qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışı. İdxal olunan mal partiyası üzrə: • alqı-satqı müqaviləsi; • idxal olunan m’hsullara dair hesab-faktura (invoys); • sifarişçini səlahiyyətli nümayəndə təmsil etdikdə onun səlahiyyətini təsdiq edən etibarnamənin əsli; • idxal olunan məhsula dair xarici mənşəli uğunluq sənədləri; • laboratoriyaların akkreditasiyası üzrə beynəlxalq təşkilata (İLAC- International Laboratory Accreditation Cooperation) üzv olan Akkreditasiya orqanları tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyalarının sınaq nəticələri (mövcud olduqda); • məhsulun istifadə təlimatı (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulduqda); • sertifikatlaşdırılan məhsulun növünə uyğun olaraq uyğunluğun qiymətləndirilməsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarında və texniki reqlamentlərdə nəzərdə tutulmuş digər sənədlər; • qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışı. • Sifarişə əlavə edilən sənədlərin surətləri sifarişçinin imzası və/və ya möhürü ilə təsdiq edilməlidir (möhür olmadıqda imza ilə təsdiq edilir).

• Sifarişçi tərəfindən təqdim olunmuş sifariş qəbul edilir və həmin gün qeydiyyata alır. Sifarişçinin təqdim etdiyi sifariş və ona əlavə olunmuş sənədlər ən geci 3 iş günü ərzində uyğunluğu yoxlanılır. Sifarişdə və ona əlavə olunmuş sənədlərdə aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, sifarişin qeydiyyata alındığı tarixdən 3 iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə sifarişçiyə yazılı məlumat verir. • Sifarişçi həmin çatışmazlıqları məlumat aldığı vaxtdan ən geci 10 iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. • Sifarişçi ərizədə və ona əlavə olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqları 10 iş günü müddətində aradan qaldırmadıqda, ərizə baxılmamış saxlanılır və bu barədə 2 iş günü müddətində sifarişçiyə yazılı məlumat verilir. • Məhsulların sertifikatlaşdırılması üzrə nəticələr əldə edildikdən sonra malın sınaq müddətindən asılı olaraq 7 iş günündən gec olmayaraq uyğunluq sertifikatının verilməsi və ya sertifikatın verilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir.

Uyğunluq sertifikatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 oktyabr tarixli 377 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”na uyğun olaraq hazırlanır, akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin) və uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası ilə təsdiqlənir.

• Məhsulun növündən, çeşidindən, modelindən, markasından və istehsal müəssisəsinin böyüklüyündən, istehsal prosesindən, istehsalat xətdindən və s. asılı olaraq sertifikatlaşdırma xidmətinin məbləği müəyyən olunur: • 1 adam/iş gününə tətbiq edilən məbləğ – 194,32 manat; • “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən Malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğu barədə sertifikatın verilməsi üçün dövlət rüsumu – 30 manat; • Standartlaşdırma üzrə normativ sənədin rəsmi nəşri – müraciət olunan normativ sənədin məbləği; • Əlavə dəyər vergisi – ƏDV 18%.

• Uyğunluq sertifikatının qüvvədə olma müddəti Sertifikatlaşdırma sxemlərinə əsasən müəyyən edilir: • Sifarişçi istehsalçı olduqda seriya ilə istehsal olunan məhsullara – 1 il; • Sifarişçi istehsalçı olduqda və istehsalçının sertifikatlaşdırılmış keyfiyyət və ya qida təhlükəsizliyi idarəetmə sistemi olduqda, seriya ilə istehsal olunan mallara – 2 il; • Sifarişçi istehsalçı, idxalçı (satıcı) olduqda mal partiyasına – Malın saxlanma şəraiti, yararlıq müddəti nəzərə alınmaqla, sertifikatlaşdırmanı aparan UQQ tərəfindən, lakin 1 ildən artıq olmayaraq müəyyən edilir; • Sifarişçi idxalçı olduqda, Azərbaycan Respublikasına seriya ilə istehsal olunan mal idxal olduqda, İstehsalatın vəziyyətinin qiymətləndirilməsi ilə – 3 ildən çox olmayaraq.

Nümunə cavab forması. Nümunə cavab forması. Nümunə cavab forması. Nümunə cavab forması. Nümunə cavab forması. Nümunə cavab forması.