ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Nizamnamə

Azərbaycan Respublikası iqtisadiyyat   nazirinin 11.03.2024 tarixli  F-26 nömrəli əmri ilə təsdiq edilmişdir.

 “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsinin
NİZAMNAMƏSİ
1.    Ümumi müddəalar


1.1. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi (bundan sonra - İnstitut) “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanına əsasən yaradılmış, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli 1382 nömrəli Fərmanının 10-cu hissəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (bundan sonra - Xidmət) strukturuna daxil olmayan tabeliyindəki qurumdur. İnstitut publik hüquqi şəxsdir və Azərbaycan Respublikasının milli standartlaşdırma qurumu olaraq bu Nizamnamə ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyət göstərir.
1.2. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsi”ni, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) qərarlarını, Nazirliyin və Xidmətin əmr və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Nizamnaməni rəhbər tutur.
1.3. İnstitut öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. İnstitut ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. İnstitut bu Nizamnamə ilə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində öz adı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.6. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq İnstitutun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. İnstitut məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. İnstitutun rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda - “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi;
1.7.2. qısaldılmış halda - “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ; 
1.7.3. abreviaturası - “AZSTANDART”;
1.7.4. ingilis dilində tam adı - “Azerbaijan Standardization İnstitute” public legal entity;
1.7.5. ingilis dilində qısaldılmış adı - “Azerbaijan Standardization İnstitute” PLE; 
1.7.6. ingilis dilində abreviaturası - “AZSTANDART”.
1.8. İnstitut  AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə yaşayış sahəsi, 7-ci Köndələn küçəsi ünvanında yerləşir.

2.    İnstitutun fəaliyyət istiqamətləri


2.1. İnstitut malın (xidmətin, işin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun keyfiyyətinin təkmilləşdirilməsi, sərbəst hərəkəti üçün şərait yaradılması və beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılması, dövlət standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması, habelə standartlaşdırma sahələri (bundan sonra – müvafiq sahə) üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak edir.
2.2.İnstitutun fəaliyyət istiqamətləri aşağıdakılardır: 
2.2.1. dövlət standartlarını hazırlamaq, qəbul və ləğv etmək;
2.2.2. standartlaşdırma üzrə işlərin və texniki komitələrin fəaliyyətinin əlaqələndirilməsini təmin etmək;
2.2.3. Dövlət Standartlar Fondunun idarə edilməsini, standartlaşdırma sahəsində normativ sənədlərin vahid məlumat bazasının formalaşdırılmasını, komplektləşdirilməsini, daim aktual vəziyyətdə saxlanılmasını, rəsmi yayımını və mühafizəsini həyata keçirmək;
2.2.4. texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin reyestrini aparmaq;
2.2.5. müvafiq qaydada akkreditasiyadan keçməklə uyğunluğun qiymətləndirilməsi sahəsində (sertifikatlaşdırma və laborator sınaqları) fəaliyyət göstərmək;
2.2.6. müvafiq qaydada akkreditasiyadan keçməklə malın (xidmətin, işin), prosesin, işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğuna rəy vermək və müvafiq sahədə inspeksiya fəaliyyəti göstərmək;
2.2.7. müvafiq sahədə beynəlxalq və regional təşkilatlarda Azərbaycan Respublikasını və onun maraqlarını təmsil etmək;
2.2.8. standartlaşdırma üzrə xarici ölkələrin təşkilatları ilə ikitərəfli əməkdaşlıq əlaqələrini qurmaq;;
2.2.9. beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla standartlaşdırma üzrə normativ sənədlərin hazırlanmasını təşkil etmək, texniki reqlamentlərin hazırlanmasında iştirak etmək;
2.2.10. texniki reqlamentdə müəyyən edilmiş əsas tələblərin həyata keçirilməsi və texniki reqlamentin tətbiqi məqsədilə istinad edilmiş standartları hazırlamaq;
2.2.11. müvafiq sahənin inkişafını təmin etmək;
2.2.12. standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirmək;
 

3.    İnstitutun vəzifələri və hüquqları


3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, İnstitutun vəzifələri aşağıdakılardır:
3.1.1. standartlaşdırmanın sistemliliyini və kompleksliliyini təmin etmək;
3.1.2. standartlaşdırma sahəsində normativ sənədlərin bazasını formalaşdırmaq və inkişaf etdirmək;
3.1.3. beynəlxalq standartların, norma və qaydaların tələbləri nəzərə alınmaqla, dövlət və ilkin dövlət standartlarının hazırlanması, qəbul edilməsi, təsdiq və nəşr edilməsini təmin etmək, normativ hüquqi aktların layihələrini, o cümlədən texniki normativ hüquqi aktları, inkişaf konsepsiyalarını və məqsədli proqramları hazırlayıb Xidmətə təqdim etmək, habelə onların həyata keçirilməsində iştirak etmək;
3.1.4. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və İnstitutun səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.5. standartlaşma sahəsində laborator-sınaq işlərini təşkil etmək və sınaqlar aparmaq;
3.1.6. standartlaşma sahəsində laborator–sınaq sisteminin inkişafı ilə bağlı təkliflər vermək və standartlaşdırma üzrə normativ sənədlərin reyestrini aparmaq;
3.1.7. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.8. müvafiq sahədə elmi, texniki və praktiki məsləhət xidmətlərinin göstərilməsini həyata keçirmək;
3.1.9. standartlaşdırma üzrə dövlət fondunu idarə etmək və təkmilləşdirmək; 
3.1.10. dövlət standartlarını, ilkin dövlət standartlarını, texniki şərtləri, standartlaşdırma üzrə beynəlxalq, regional, dövlətlərarası, xarici dövlətlərin standartlarını, dövlətlərarası müqavilələri, habelə onların tətbiqi qaydalarını mütəmadi olaraq standartlaşdırma üzrə dövlət fonduna daxil etmək;
3.1.11. standartlaşdırma üzrə texniki komitələri təsis etmək, qeydiyyata almaq və onların fəaliyyətini əlaqələndirmək; 
3.1.12. standartlaşdırma sahəsində normativ sənədlərə rəy vermək, onların ölkə ərazisində qüvvəyə minməsi, ekspertizası, qəbul edilməsi, dövri yoxlanılması, qüvvədəolma müddətinin artırılması, qüvvəsinin dayandırılması və ləğv edilməsi üçün tədbirlər görmək; 
3.1.13. milli və ya beynəlxalq standartların tələblərinə uyğun daxili idarəetmə sistemini yaratmaq, tətbiq etmək və onun inkişafını təmin etmək;
3.1.14. Milli standartlaşdırma proqramını formalaşdırmaq, təsdiq və nəşr etmək; 
3.1.15. müvafiq sahə üzrə Ümumdünya Ticarət Təşkilatının Ticarətdə texniki maneələrin sorğu mərkəzinin (WTO TBT enquiry point) fəaliyyətini həyata keçirmək; 
3.1.16. uyğunluğun qiymətləndirilməsi nəticəsində verdiyi sertifikatların və sınaq protokolları barədə məlumatın reyestrə daxil edilməsini təmin etmək;
3.1.17. dövlət standartları, texniki şərtlər, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi və digər məlumatları dərc etmək;
3.1.18. texniki komitələr vasitəsilə milli, beynəlxalq, dövlətlərarası və regional standartların layihələrinin hazırlanmasını və onların ekspertizalarının aparılmasını təmin etmək;
3.1.19. müvafiq sahədə aşkar etdiyi hüquq pozuntuları, o cümlədən inzibati xəta və ya cinayət əməllərinin əlamətləri barədə aidiyyəti üzrə məlumat vermək (toplanmış materiallar olduğu halda təqdim etmək);  
3.1.20. dövlət orqanları və qurumlarının, yerli özünü idarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;
3.1.21. İnstitutun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.22. fəaliyyət istiqamətlərinə uyğun informasiya sistemlərinin formalaşdırılması və tətbiqi, müvafiq elektron xidmətlərin yaradılması, İnstitutun informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun inkişaf etdirilməsi, onun dayanıqlığı və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görmək;
3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına tələblərinə uyğun olaraq təşkil etmək;
3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; 
3.1.25. müvafiq sahədə normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflərin Xidmətə təqdim olunmasını təmin etmək, habelə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.26. ölkə ərazisində müvafiq sahədə vəziyyəti təhlil etmək və təhlilin nəticələri ilə bağlı təkliflər hazırlamaq;
3.1.27. müvafiq sahələr üzrə personalın (mütəxəssis və işçi heyətinin) peşəkarlıq və səriştəlilik səviyyəsini artırmaq məqsədilə təlimləri təşkil etmək, onların müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu təsbit edən sənəd (sertifikat) vermək;
3.1.28. qanunvericilikdə müəyyən edilmiş qaydada və zərurət yarandığı hallarda verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasına idxal olunan (sərbəst dövriyyəyə buraxılan) və ixrac olunacaq malların (işlərin, xidmətlərin) texniki reqlamentlərin tələblərinə uyğunluğuna dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək;
3.1.29. İnstituta ayrılan büdcə vəsaitindən, göstərdiyi xidmətlərə görə alınan xidmət haqlarından daxil olan vəsaitdən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.30. İnstitutun illik fəaliyyət planlarını hazırlamaq, Xidmət ilə razılaşdırmaq, onların icrasını təmin etmək, habelə fəaliyyəti ilə bağlı arayış və hesabatları Xidmətə təqdim etmək; 
3.1.31. Xidmət tərəfindən verilən əmr və tapşırıqları icra etmək; 
3.1.32. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.33. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
3.1.34. İnstitutun strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.35. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.36. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin və Xidmətin normativ sənədləri, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
3.1.37. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün İnstitutun aşağıdakı hüquqları vardır:
3.2.1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.2. müvafiq sahənin inkişafına dair innovasiyaları tətbiq etmək, elmi-tədqiqat və təcrübə işləri aparmaq, konsepsiya, proqram, təklif və tövsiyələr hazırlamaq, bu sahələr üzrə dövlət idarəetmə orqanları və digər təşkilatlarla əməkdaşlıq etmək; 
3.2.3. qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq sahə üzrə beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək, fəaliyyətinin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılması istiqamətində tədbirlər görmək;
3.2.4. Azərbaycan Respublikasının standartlaşma sahəsində beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.5. İnstitutun və ya onun uyğunluğun qiymətləndirilməsi orqanlarının və laboratoriyalarının Azərbaycan Respublikasının akkreditasiya qurumu və beynəlxalq statusu olan akkreditasiya qurumlarında akkreditasiyasını təşkil etmək;
3.2.6. məhsulların (iş, xidmətlərin) keyfiyyəti üzrə müsabiqələr təşkil etmək; 
3.2.7. beynəlxalq, regional və dövlətlərarası standartların, innovasiyaların tətbiqində və rəqabətqabiliyyətli məhsulun buraxılması üçün müəssisə və təşkilatlara müqavilə əsasında xidmət göstərmək; 
3.2.8. standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, razılaşdırılması, ekspertizası, qəbul edilməsi, dövlət reyestrinə və fonduna daxil edilməsi, dəyişikliklər edilməsi, nəşr edilməsi, qüvvədən düşməsi və ya ləğv edilməsi barədə qərar vermək;
3.2.9. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.10. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi şirkətləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.11. fəaliyyət istiqamətləri üzrə Xidmətə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq; 
3.2.12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək; 
3.2.13. əməkdaşlarının dövlət təltiflərinə və digər mükafatlara təqdim edilməsi ilə bağlı Xidmətə təkliflər vermək; 
3.2.14. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.15. İnstitutun fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərin dəyərini (tarifləri) müvafiq qaydada müəyyən etmək, tarifləri müəyyən edilməmiş xidmətlər üzrə isə xərclər nəzərə alınmaqla, qarşılıqlı razılaşma və rəsmiləşdirilən müqavilələr əsasında xidmət göstərmək; 
3.2.16. idarəetmə sistemlərinə dövlət və ya beynəlxalq standartların tətbiqi ilə bağlı təlimləri təşkil etmək, konsaltinq xidmətləri (məsləhət xidmətləri) göstərmək və sertifikatlaşdırılma üzrə fəaliyyətləri həyata keçirmək;
3.2.17. fəaliyyəti ilə bağlı müxtəlif metodik vəsaitlər, jurnal, bülleten hazırlamaq və bu materialları təqdim etmək və ya dərc etmək;
3.2.18. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.2.19. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə apardığı monitorinqlər zamanı qanun pozuntuları aşkar edildikdə, hüquq mühafizə və digər aidiyyəti dövlət orqanları ilə əlaqəli fəaliyyət göstərmək;
3.2.20. Xidmətin göstərişlərinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsində iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin və istehlakçıların mənafelərinin pozulmasına şərait yaradan hərəkətlərin qarşısının alınması ilə bağlı tədbirlər görmək;
3.2.21. standartlaşma üzrə qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektinə verilmiş lisenziyanın və ya icazənin qüvvəsinin dayandırılması üçün Xidmət qarşısında təşəbbüs irəli sürmək;
3.2.22. zərurət yarandığı hallarda normativ hüquqi aktların və normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit və dövlətin maraqlarına üçün təhlükə yaradan, habelə məcburi sertifikatlaşdırılması tələb olunan, lakin sertifikatı olmadan malların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışının (yerinə yetirilməsinin) qarşısının alınması ilə bağlı Xidmət tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək və bu barədə ictimai məlumatlandırmanı həyata keçirmək;
3.2.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi, Nazirliyin və Xidmətin normativ sənədləri, habelə bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək. 
 

4.    İnstitutun idarəetmə orqanları


4.1. İnstitutun idarəetmə orqanları Müşahidə Şurası (bundan sonra - Şura) və Baş direktordur.
4.2. Şura İnstituta ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura 3 üzvdən - iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Şuranın sədrindən və onun 2 müavinindən ibarətdir.
4.3. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.4. Şura qərar qəbul etməkdə müstəqildir.
4.5. Istitutda ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilik Şurası yaradıla bilər.
4.6. “Istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 5-ci hissəsinə əsasən İnstitutun təsisçisinin səlahiyyətlərini Nazirlik həyata keçirir.
4.7. Təsisçinin səlahiyyətləri aşağıdakılardır:
4.7.1. İnstitutun nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
4.7.2. İnstitutun strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin), ştat cədvəlinin, xərclər smetasının təsdiqi;
4.7.3. İnstitutun yenidən təşkili və ləğv edilməsi, idarəetmə orqanlarının yaradılması;
4.7.4. İnstitutun idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
4.7.5. İnstitutun strateji məqsəd və planlarının, inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
4.7.6. İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, darə filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
4.7.7. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanmasına razılıq verilməsi;
4.7.8. Nizamnamənin 5.4-cü və 5.5-ci bəndlərində nəzərdə tutulan vəsaitin istifadə olunmasına dair qərar qəbul edilməsi.
4.8. Bu Nizamnamənin 4.7.1-4.7.4-cü yarımbəndlərində qeyd edilən təsisçi səlahiyyətləri Nazirlik, 4.7.5 - 4.7.8-ci yarımbəndlərində qeyd edilən təsisçi səlahiyyətləri isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən Xidmət tərəfindən həyata keçirilir.
4.9. Şuranın vəzifələri aşağıdakılardır:
4.9.1. təsisçinin bu Nizamnamənin 4.7.1 - 4.7.4-cü yarımbəndlərində qeyd olunan səlahiyyətlərinin həyata keçirilməsi üçün Xidmət vasitəsilə Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən İnstitutun maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.9.2. Xidmətlə razılaşdırmaqla İnstitutun illik büdcəsini təsdiq etmək;
4.9.3. institutun fəaliyyətinə nəzarət etmək;
4.9.4. Xidmətlə razılaşdırmaqla İnstitutun təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək, idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
4.9.5. Xidmətlə razılaşdırmaqla İnstitutun əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyən etmək;
4.9.6. Xidmətlə razılaşdırmaqla xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə İnstituta aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanması haqqında qərar qəbul etmək;
4.9.7. İnstitutun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunmasının qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Xidmətlə razılaşdırmaqla təsdiq etmək;
4.9.8. İcra orqanının fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.9.9. İnstitutun fəaliyyətinə dair illik hesabatı dinləmək;
4.9.10. Şura üzvlərinin və icra orqanının müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.9.11. İnstitutun illik maliyyə hesabatlarınındüzgünlüyünün müvafiq beynəlxalq audit standartlarına uyğun olaraq yoxlanılması üçün hər il əmlak mənafeləri ilə İnstituta, Nazirliyə və ya Xidmətə bağlılığı olmayan peşəkar auditor cəlb etmək (kənar auditor) və audit hesabatını qəbul etmək;
4.9.12. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbir görmək;
4.10. Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədr ık edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya Baş direktor çıxış edr Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, _ər jzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.11. Şuranın üzvlərinə, habelə icra orqanının rəhbərinə və Şuranın iclaslarına dəvət olunan şəxslərə Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş -əsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.12. Şuranın iclasında icra orqanının rəhbəri də iştirak edə bilər.
4.13. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxanIdıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
4.14. Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.15. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icra orqanının rəhbərinə göndərir.
4.16. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.17. Şuranın katibi:
4.17.1. Şuranın iclaslarını təşkil edir;
4.17.2. bu Nizamnamənin 4.11-ci bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.17.3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şuranın üzvlərinə təqdim edir;
4.17.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
4.17.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.18. Şuranın sədri:
4.18.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və Qurumun icra orqanlarının vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.18.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.18.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icra orqanı rənbərinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.18.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.19. Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavin (müavinlərindən biri), Şura sədrinin müavini olmadıqda isə Şuranın üzvləri arasından sədnn müəyyən etdiyi şəxs icra edir.
4.20. Şuranın üzvləri:
4.20.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
4.20.2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
4.20.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.20.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
4.20.5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.21. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.22. Baş direktor:
4.22.1. İnstitutun fəaliyyətini təşkil edir, cari fəaliyyətinə rəhbərlik edir, vəkalətnamə o madan İnstitutun adından öz səlahiyyəti daxilində çıxış edir, vəkalətnamələr və etibarnamələr trerir. müvəkkil banklarda İnstitutun istənilən növ bank hesablarını açır və maliyyə-təsərrüfat fəa yyəti ilə bağlı hesab üzrə sərəncam verir, İnstitutu bütün dövlət hakimiyyəti və yerli czünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil edir;
4.22.2. İnstitutun fəaliyyətinin əsas istiqamətlərinin və inkişaf strategiyasının müəyyən edilməsi və onların icrasına dair plan və hesabatların təsdiq edilməsi üçün Xidmətə təkliflər verir;
4.22.3. İnstitutun illik iş planını, aralıq maliyyə hesabatlarını, aralıq mühasibat balanslarını, gəlir, xərc və kapital xərclərini müəyyən edən dövri hesabatları təsdiq edilməsi üçün Xidmətə təqdim edir;
4.22.4. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır;
4.22.5. aidiyyəti şəxslə dəyəri İnstitutun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir;
4.22.6. bu Nizamnamənin 3.1.25-ci və 3.2.8-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;
4.22.7. İnstitutun fəaliyyətinin təşkili ilə əlaqədar sərəncam və əmrlər verir, qərarlar qəbul edir;
4.22.8. müavinləri arasında vəzifə və iş bölgüsü aparır, onların, habelə İnstitutun digər vəzifəli şəxslərinin funksional vəzifələrini (səlahiyyətlərini) müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
4.22.9. fəaliyyət istiqaməti ilə bağlı verilmiş əmr, göstəriş və tapşırıqların yerinə yetirilməsi, cavabdeh şəxslər tərəfindən sənədlərin icra prosesinin vaxtında və kargüzarlığın tələblərinə uyğun icra edilməsinə nəzarət edir, struktur vahidlərinə əməli köməklik göstərir, əməkdaşların icra intizamına operativ nəzarəti həyata keçirir, zərurət yarandığı halda isə bu bənddə qeyd ed ən sahələrə nəzarəti İnstitutun aidiyyəti vəzifəli şəxsinə əmrlə həvalə edir;
4.22.10. İnstitutun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.22.11. özünün və İnstitutun struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.22.12. təsdiq edilməsi üçün İnstitutun strukturu, ştat cədvəli, habelə illik büdcəsi barədə aidiyyəti üzrə təkliflər verir;
4.22.13. İnstitutun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.22.14. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İnstitutun struktur bölmələri, regional bölmə, filial və nümayəndəliklərinin, təsərrüfat cəmiyyətlərinin rəhbərlərini, habelə baş mühasibi (Maliyyə şöbəsinin rəhbəri olmadığı halda) Xidmətlə razılaşdırmaqla, nstıtutun digər işçilərini isə (baş direktorun müavinləri istisna olmaqla) birbaşa vəzifəyə təyin və vəzifədən azad edir, təyin etdiyi işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri o:mesi barədə qərarlar qəbul edir;
4.22.15. İnstitutun əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.22.16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində İnstitutun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.22.17. bu Nizamnamənin 4.7.7-ci yarımbəndinin tələblərini nəzərə almaqla, dəyəri 25 000 (iyirmi beş min) manata (vergilər də daxil olmaqla) bərabər və ya yuxarı olan tək və ya mahiyyət etibarilə eyni predmetə aid silsilə müqavilələri, ümumi çərçivə müqavilələri, habelə maliyyə öhdəlikləri yarada bilən hər hansı digər sənədləri razılıq üçün Xidmətə tədqim edir;
4.22.18. bu Nizamnamənin 4.7.7-ci yarımbəndinin tələblərini nəzərə almaqla, dəyəri 25 000 (iyirmi beş min) manata (vergilər də daxil olmaqla) bərabər və ya yuxarı olan və ya İnstutun işgüzar nüfuzuna zərər gətirə bilən hər hansı məhkəmə iddiaları ilə bağlı iddianın qaldırılması, iddianın etiraf edilməsi və (və ya) barışıq sazişinin bağlanmasına razılıq üçün Xidmətə təqdim edir;
4.22.19. Xidmətin əmr və sərəncamlarını vaxtında və lazımi qaydada icra edir, cari və operativ məsələlər barədə məlumatlandırır;
4.22.20. İnstitutun strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.22.21. bu Nizamnamənin 3.1.29-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.22.22. bu Nizamnamədə nəzərdə tutulmuş məsələlərin həlli üçün səlahiyyətləri daxilində tədbirlər görür;
4.22.23. Nazirliyin, Xidmətin və Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir;
4.22.24. İnstitutun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.22.25. İnstitutun kargüzarlıq və arxiv işinin aparılmasını təmin təşkil edir;
4.22.26. İnstitutda vətəndaşların qəbulunu və müraciətlərə baxılmanı təmin edir.
4.23. İnstitutun baş direktoru və onun müavini Xidmətin təqdimatı ilə Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
4.24. Baş direktor müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini (müavinlərindən biri) icra edir.
4.25. Baş direktor və onun müavinləri adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.



5.    İnstitutun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları


5.1. Ümumi İnstitutun nizamnamə fondu “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent Hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanının 1.6-cı bəndinə uyğun verilən əmlak hesabına formalaşır və 3323429,79 (üç milyon üç yüz iyirmi üç min dörd yüz iyirmi doqquz manat yetmiş doqquz qəpik) manatdır (1484250,41 manat pul, 1839179,38 manat əmlak şəklində).
5.2. İnstitutun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. İnstitut öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. İnstitutun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.
5.4. İnstitut tərəfindən özünün, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsaitin (qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra) sərəncamında qalan hissəsi ilk növbədə onun fəaliyyətinin, o cümlədən işçilərinin əməkhaqqı fondunun maliyyələşdirilməsinə istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə QaydasTnın 3.5-ci oəndinə əsasən qeyd olunan xərclər maliyyələşdirildikdən sonra qalan vəsaitin 40 faizədək olan məbləği həmin Qaydanın 3.3.1-ci və 3.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş məqsədlər üçün, 10 faizədək olan məbləği həmin Qaydanın 3.3.3-cü, 3.3.4-cü yarımbəndlərinin və 3.4-cü bəndinin maliyyələşdirilməsinə yönəldilir.
5.5. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018- ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanına əsasən İnstitutun, onun filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş xalis mənfəətin sərəncamında qalan hissəsinin 50 faiz məbləğinin 93 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını yaxşılaşdırmaq, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə, habelə dövlət və ictimai məqsədli məsələlərlə əlaqədar Nazirliyin hesabına, 7 faizi dövlət büdcəsinə köçürülür.
5.6. İnstitut “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə həmin Qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu, habelə qanunla müəyyən edildiyi hallarda digər ödənişlər tutur.
5.7. İnstitutun standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsinə görə xidmət haqqının hesablanma qaydası Azərbaycan Respublikasının müvafiq dövlət standartı ilə müəyyən edilmiş “Azərbaycan Respublikasında standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərin qiymətləndirilmə metodikası” ilə tənzimlənir. İnstitutun digər işlərinin və xidmətlərinin qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyildir. 
 

6.    İnstitutun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi


6.1. İnstitutun fəaliyyətinə nəzarəti Xidmət, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İnstitutun idarəetmə orqanları həyata keçirirlər.
6.2. İnstitutun fəaliyyətinə dair rüblük və illik hesabat Xidmətə təqdim edilir.



7.    İnstitutda uçot və hesabat


7.1. İnstitut “Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat və vergi uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. İnstitut “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. İnstitut filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. İnstitutun illik maliyyə hesabatının təkrar və ya növbədənkənar auditor yoxlaması Xidmətin tələbi ilə aparıla bilər.
7.5. İnstitut illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il, Nazirlik, Xidmət və İnstitutla bağlılığı olmayan peşəkar müstəqil auditor cəlb edə bilər. Müstəqil auditor institutun maliyyə hesabatlarını müvafiq beynəlxalq audit standartlarına uyğun olaraq yoxlamalıdır.
7.6. İnstitutun fəaliyyətinin audit yoxlamalarının aparılması qaydası qanunvericilik əsasında müəyyənləşdirilir.
7.7. İnstitutun maliyyə ili 1 yanvar tarixindən 31 dekabr tarixinədək olan dövrü əhatə edir.



8.    İnstitutun ləğvi və yenidən təşkili


8.1. İnstitutun ləğvini və yenidən təşkilini Nazirlik həyata keçirir.


9.    Digər şərtlər


9.1. Bu Nizamnamə ilə tənzimlənməyən və İnstitutun fəaliyyəti ilə əlaqədar olan bütün digər məsələlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
9.2. Bu Nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq müddəaları tətbiq edilir. 
 

Beynəlxalq əməkdaşlıq