ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Elektrotexnika Komissiyasi (IEC)

Beynəlxalq Elektrotexniki Komissiya (İEC) 1906-cı ildə yaradılmış yarı-hökumət (quasi-governmental) qeyri-kommersiya təşkilatıdır. İEC-in əsas funksiyası elektrik və elektrotexnika məhsulları üzrə konsesus əsaslı beynəlxalq standartların işlənib hazırlanmasından ibarətdir. İEC, dünyada beynəlxalq standartların hazırlanmasını həyata keçirən Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və telekommunikasiya sahəsində beynəlxalq standartların müəllifi Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) ilə birlikdə "Dünya Standartlar Kooperasiyasını- WSC (World Standards Cooperation) təşkil edir.
İEC-də dünyanın müxtəlif şirkət, sənaye müəssiəsi, elmi-tədqiqat institutları və hökumət təşkilatlarından 20000–dək ekspert təmsil olunur. Təşkilatın 174 Texniki Komitəsi və 1000-dən artıq İşçi Qrupu fəaliyyət göstərir. Ekspertlərin faəliyyəti məhsul, sistem və avanlıqların təhlükəsiz istifadəsi və istismarı, elektrik sərfiyyatında qənaətliliyin təmin olunması ilə ətraf mühitin mühafizəsi və insan həyatı və sağlamlığı üçün zərərin minimuma endirilməsi və ən müasir texniki innovasiyaların və həllərin tətbiqi vasitəsilə elektrotexnika sahəsində inkişafın təmin edilməsindən ibarətdir.
Ölkələr təşkilatda Milli Elektrotexniki Komitələri vasitəsilə təmsil olunur.
Azərbaycan Standartlaşdırma İnstitutu 2017-ci ilin iyul ayından İEC-in 2001-ci ildə ÜTT-nin təşəbbüsü ilə inkişaf etməkdə olan ölkələr üçün yaradılmış və heç bir maliyyə öhdəliyi nəzərdə tutumadan bütün dünya ölkələrinin beynəlxalq standartlaşdırma fəaliyyətinə cəlb edilməsini hədəfləyən “Müxbir Ölkələr proqramı”nın (Affiliate Country Programme) iştirakçısıdır. Proqramın əsas məqsədi aşağıdakılardan ibarətdir:
•    İnkişaf etməkdə olan ölkələrdə IEC Beynəlxalq Standartlarının daha çox məlumatlandırılmasını və istifadəsini təşviq etmək;
•    Bu ölkələrə IEC-in fəaliyyətini daha yaxşı anlamağa və bu faəliyyətdə yaxından iştirak etməkdə yardım etmək;
•    IEC Beynəlxalq Standartlarını milli standart kimi qəbul edilməsini asanlaşdırmaq.

 

Brochure IEC Affiliate Country Programme

https://www.iec.ch/dyn/www/f?p=103:11:0::::FSP_ORG_ID:8508

Beynəlxalq əməkdaşlıq