ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tarix

Azərbaycanda standartlaşdırma fəaliyyətinin 90 ildən çox tarixi var.  Standartlaşdırma fəaliyyəti müxtəlif dövrlərdə müvafiq qurumlar tərəfindən həyata keçirilmişdir.

“Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanın ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idarəçiliyində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi yaradılmışdır. 

“İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli, 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmiş və “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi həmin Sərəncamla yeni yaradılan, mərkəzi icra hakimiyyəti statusuna malik Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin idarəçiliyinə verilmişdir. 

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və həmin Fərmanla “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilmişdir.

 

Beynəlxalq əməkdaşlıq