ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Məqsəd və hədəflər

•    TƏRƏFSİZLİK, DÜRÜSTLÜK VƏ ƏDALƏT 

AZSTAND bütün maraqlı tərəflərə dürüst, qərəzsiz və tərəfsiz bir şəkildə, bərabər münasibət göstərir və hər çür ayrı-seçkilikdən uzaq durmağı vacib hesab edir. 

•    ŞƏFFAFLIQ VE HESABATLILIQ

Qurumun fəaliyyətləri haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırmalı, ictimai qiymətləndirmə və nəzarətə hər zaman açıq və hazır olmalıdır.

•    ETİBARLILIQ 

AZSTAND sənaye sahəsi başda olmaqla bütün maraqlı tərəflərin etibarını qazanmağı və qarşılıqlı inam çərçivəsində xidmətlər göstərməyi vacib hesab edir.

•    GİZLİLİK 

AZSTAND müştəri məlumatlarının və aparılan tədqiqatların nəticələrinin gizliliyi baxımından üzərinə düşən vəzifələri vacib hesab edir.

•    ƏMƏKDAŞLIĞA AÇIQ OLMAQ 

AZSTAND fəaliyyət göstərdiyi sahələrdə ölkənin ehtiyac duyduğu xidmətləri göstərmək üçün istənilən əməkdaşlığa açıqdır və strateji qurumlarla əməkdaşlıq edir.

•    MÜŞTƏRİYƏ QARŞI DİQQƏTLİ OLMAQ

AZSTAND olaraq müştərilər tərəfindən gələn təklif ve şikayətlərə, fərqli fikirlərə və baxışlara dəyər veririk, İnstitut olaraq üzərimizə düşən vəzifələrin peşəkarcasına yerinə yetirilməsində bu fikirlərin zəruri olduğunu bilirik. 

•    DƏYİŞİKLİKLƏRƏ VƏ YENİLİKLƏRƏ AÇIQ OLMAQ

AZSTAND-ın fəaliyyət göstərdiyi və fəaliyyət göstərməsi ehtimal olunan sahələrdə şəxsi/korporativ səviyyədə davamlı inkişaf məqsədi ilə yenilikləri izləmək və lazımi dəyişiklikləri həyata keçirmək vacibdir. 

•    MƏSULİYYƏT 

Qurumun məqsədlərinə çatmaq üçün cəmiyyətin maraqlarını nəzərə almaqla sosial məsuliyyətini dərk edərək fəaliyyət göstərməsi vacibdir. 

MƏQSƏD

•    Azərbaycan Standartlaşdırma İnstitutunun İnstisional potensialın gücləndirilməsi;

•    Təşkilatımızın fəaliyyət göstərdiyi sahələrin ölkənin rəqabətqabiliyyətlilik və rifah səviyyəsinə təsiri və vacibliyi barədə işgüzar dairələrin, dövlət hakimiyyəti orqanlarının və cəmiyyətdə maraqlı olan bütün digər tərəflərin məlumatlılığını artırmaq;

•    Ölkəmizin inkişafını təmin etmək üçün milli standartlaşma sisteminin təkmilləşdirilməsi;

•    Azərbaycanin beynəlxalq qurumlarda iştirakinin aktivləşdirilməsi.

 

Beynəlxalq əməkdaşlıq