| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Patent/İddia sənədinin verilmə qaydaları/Faydalı model
Çap versiyası

1. FAYDALI MODELƏ DAİR İDDİA SƏNƏDİ  
1.1. İddia sənədinin tərkibi
Faydalı modelə dair iddia sənədinin tərkibinə aşağadıkılar daxildir:
- müəllif (müəlliflər) və adına patent verilməsixahiş edilən hüquqi və fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə (xüsusi forma);
- faydalı modelin mahiyyətini tam açıqlayan və həyata keçirilməsi üçün kifayət qədər aydınlıq yaradan təsviri;
- faydalı modelin təsvirinə əsaslanan və mahiyyətini ifadə edən düsturu;
- iddia obyektinin mahiyyətinin başa düşülməsi üçün zəruri olan çertyojlar və digər materiallar;
- referat;
-iddia sənədinə müəyyənləşdirilmiş məbləğdə rüsumunun ödənildiyini təsdiqləyən sənəd.
İddia sənədi patent müvəkkili və ya iddiaçının təmsilçisi tərəfindən təqdim edildikdə, iddiaçı tərəfindən verilən etibarnamə sənədlərə qoşulur.
2. İLKİNLİK HÜQUQU
Faydalı modelin ilkinliyi yuxarıda göstərilənlərə uyğun hazırlanmış iddia sənədinin Komitəyə təqdim edildiyi tarixdən, əlavə materialların daxil olduğu tarixdən, daha əvvəl verilən və faydalı modelin mahiyyətini açıqlayan iddia sənədinin Komitəyə daxil olduğu tarixdən, ilk iddia sənədinin Paris konvensiyasının iştirakçısı olan dövlətə verildiyi tarixdən, Paris konvensiyasının iştirakçısı olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirildiyi tarixdən müəyyən edilmiş qaydalara uyğun müəyyənləşdirilə bilər.
3.İDDİA SƏNƏDİNİN TƏQDİMİ
3.1. FAYDALI MODELƏ İDDİA SƏNƏDİNİN TƏQDİMİ
3.1.1. Faydalı modelin açıqlanması
Faydalı modelin təsviri, faydalı modeli həyata keçirmək üçün kifayət dərəcədə onun mahiyyətini açıqlamalıdır. Faydalı modelin təsviri iddia ərizəsinin əsasını təşkil edir və faydalı modelin düsturu ilə müəyyən edilən hüquqi mühafizənin həcmini təsdiqləyir.
İddiaçı ekspertizanın qərarını alana kimi faydalı modelin mahiyyətini dəyişmədən, müəyyən edilmiş qaydalara uyğun faydalı modelin düsturunda dəyişikliklər etmək hüququna malikdir.
Faydalı modelin düsturuna təsvirdə olmayan əlamətlərin daxil edilməsinə, ümumiləşdirilmələrə, obyektin təsvirdə əsaslandırılmayan xarakteristikalarının konkretləşdirilməsinə yol verilmir.
3.1.2. Faydalı modelin vəhdətlik tələbi 
İddia sənədi bir faydalı model və ya öz aralarında vəhdət təşkil edən bir qrup faydalı modelə aid olmalıdır.
Bir qrup faydalı modelə, müxtəlif obyektlərə aid olan faydalı modellər, eləcə də oxşar faydalı model obyektinə aid olan faydalı modellər, məsələn, faydalı modelin variantları və ya bütövlükdə faydalı model və onun bir hissəsi daxildir.
Vəhdətlik tələbi o zaman gözlənilmiş sayılır ki, gözlənilən texniki nəticə eyni prinsipə əsaslanan faydalı modellərlə əldə edilir və bu da faydalı modelin texniki nəticəsini müəyyən edən əlamətlər arasındakı qarşılıqlı əlaqə ilə əks olunur.
3.1.3. Faydalı modelin təsviri
Faydalı modelin təsviri faydalı modeli həyata keçirmək üçün kifayət edən dərəcədə faydalı modelin mahiyyətini açıqlamalıdır.
Faydalı modelin təsviri iddiaçı tərəfindən həll ediləcək texniki problemi, onun həll edilməsi yolunu və vasitələrini əks etməlidir.
Faydalı modelin təsvirində standartlaşmış termin və ixtisarlardan istifadə edilir.
Eyni elementlərin göstərilməsi üçün vahid termindən istifadə olunur.
Faydalı modelin adı faydalı modelin təyinatını xarakterizə edir və faydalı modelin mahiyyətinə uyğun olur.
Variantlara aid olan faydalı model qrupunun adı bu qrupa daxil olan bir faydalı modelin adından ibarət olur və mötərizədə göstərilən "variantlar" sözü əlavə edilir.
Əlamətlər məcmusu üzrə faydalı modelə daha çox yaxın olan ən yaxın analoqu ayırmaqla, iddiaçıya bəlli olan analoqlar haqqında məlumat verilir.
Faydalı modeli analoqu qismində ilkinlik tarixinə qədər məlum olan eyni təyinatlı vasitələr və analoqların açıqlandığı informasiya mənbəyinin biblioqrafik göstəriciləri göstərilir.
Faydalı model obyekti "qurğu" olduqda, çertyoj fiqurlarına istinad etməklə qurğunun statik vəziyyətdə təsviri verilir, daha sonra qurğunun fəaliyyəti təsvir edilir. 
3.1.4. Faydalı modelin düsturu
Faydalı modelin düsturu hüquqi mühafizənin həcmini müəyyən edir və ixtiranın təsvirinə əsaslanmalıdır. Təsvir və çertyojlar düsturun izah olunmasını təmin edir.
Faydalı modelin düsturu aydın ifadə edilmiş iki hissədən ibarət ola bilər, bunlardan biri ən yaxın oxşarın əlamətləri ilə üst-üstə düşən əlamətlərdən ibarət (məhdudlaşdırıcı hissə) və digəri faydalı modeli ən yaxın oxşardan fərqləndirən əlamətlərdən ibarət (fərqləndirici hissə) hissələr.
Faydalı modelin düsturuna mühüm əlamətlərin hamısı, yəni texniki nəticənin nail olunması üçün zəruri əlamətlərin daxil olduğu halda, faydalı modelin düstüru faydalı modelin mahiyyətini ifadə etmiş sayılır.
Faydalı modelin düsturu göstərilən iki hissəyə bölünmədən, yəni təqdimat üçün belə üsul məqsədəuyğundursa faydalı modelin yeniliyini ayırmadan tərtib oluna bilər.
Faydalı modelin düsturunun asılı olmayan bəndi bir faydalı modelə aid edilir.
Faydalı modelin dusturu hüquqi mühafizəsi istənilən faydalı modellərin sayına görə bir neçə asılı olmayan bənddən və onlara tabe olan asılı bəndlərdən ibarət ola bilər.
Faydalı model düsturunun asılı bəndləri tabe olduqları asılı olmayan bəndlərlə birlikdə qruplaşdırılır və ardıcıl olaraq ifadə olunur.
Faydalı modelin düsturu faydalı modelin bir və ya bir neçə bəndli faydalı model düsturu ilə yerinə yetirilməsinin alternativ formasını ifadə edə bilər.
3.1.5. Referat
Referat faydalı model haqqında məlumat məqsədini daşıyır və faydalı model haqqında məlumatın qısa şərhindən ibarətdir.
Referat faydalı modelin adı ilə başlanır, faydalı modelin aid olduğu texnika sahəsinin xarakteristikası və əldə olunan texniki nəticəni göstərməklə faydalı modelin mahiyyətini qısa şəkildə xarakteriza edir.
Referatda faydalı modelin mahiyyəti, faydalı modelin mühüm əlamətlərinin hamısını saxlamaqla, faydalı modelin düsturunun sərbəst şərh etmək yolu ilə xarakterizə olunur. Zərurət olarsa referata çertyoj və ya digər izahedici material daxil edilə bilər.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır