| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Patent/İddia sənədinin verilmə qaydaları/Sənaye nümunəsi
Çap versiyası

1. İDDİA SƏNƏDİNİN TƏRKİBİ
S'naye nwmun'sin' dair iddia sənədinin tərkibinə aşağıdakılar daxildir:
- müəllif (müəlliflər) və adına patent verilməsi xahiş edilən hüquqi və fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və ya yaşadığı yer göstərilməklə patent verilməsi barədə ərizə (xüsusi forma);
- məmulatın zahiri görkəmi barədə müfəssəl təsəvvür yaradan fotoşəkil dəsti, maket və ya rəsm;
- sənaye nümunəsinin mahiyyətini açıqlamaq zəruri olduqda məmulatın ümumi görkəminin çertyojları, erqonomik sxemi, konfeksiya xəritəsi;
- sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri;
-iddia sənədinə müəyyənləşdirilmiş məbləğdə rüsumunun ödənildiyini təsdiqləyən sənəd;
İddia sənədi patent müvəkkili və ya iddiaçının təmsilçisi tərəfindən təqdim edildikdə, iddiaçı tərəfindən verilən etibarnamə sənədlərə qoşulur.
2. ƏRİZƏYƏ OLAN TƏLƏBLƏR
Ərizə Azərbaycan dilində, müəyyənləşdirilmiş formada tərtib olunmalıdır.
4. İLKİNLİK HÜQUQU
Sənaye nümunəsinin ilkinliyi yuxarıda göstərilənlərə uyğun hazırlanmış iddia sənədinin Komitəyə təqdim edildiyi tarixdən, əlavə materialların daxil olduğu tarixdən, daha əvvəl verilən və sənaye nümunəsinin mahiyyətini açıqlayan iddia sənədinin Komitəyə daxil olduğu tarixdən, ilk iddia sənədinin Paris konvensiyasının iştirakçısı olan dövlətə verildiyi tarixdən, Paris konvensiyasının iştirakçısı olan dövlətin ərazisində təşkil edilən beynəlxalq rəsmi sərgidə nümayiş etdirildiyi tarixdən, müəyyən edilmiş qaydalara uyğun müəyyənləşdirilə bilər.
4. SƏNAYE NÜMUNƏSİNİN VƏHDƏTLİK TƏLƏBİ
İddia sənədi bir sənaye nümunəsi və ya öz aralarında vəhdət təşkil edən bir qrup sənaye nümunələrinə aid olmalıdır.
Sənaye nümunəsinin vəhdətliyi o zaman gözlənilir ki, məmulatın şəkillərində və sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısında
- bir sənaye nümunəsi kimi bütöv məmulatın bədii-konstruktiv həllinə, həmçinin onun bir hissəsi olan məlumat sayılır.
- bir yaradıcı fikir formalaşdıran və özündə bir məmulatın bədii-konstruktiv həllini saxlayan bir yarımsinfə SNBT aid olan, biri məmulatın zahiri görkəmini, o biri isə məmulatın istismarı prosesində onun müstəqil hissəsinin (hissələrinin) görünən zahiri görkəmi izah edən sənaye nümunələri qrupu təsvir edilmişdir.
- bir yaradıcı fikir formalaşdıran və özündə bir məmulatın bədii-konstruktiv həllini saxlayan bütövlükdə bir məmulatın zahiri görkəmini müəyyən edən bir sinfə aid olan SNBT, bununla bərabər həllərdən hər biri məmulatın zahiri görkəminin öz variantını müəyyən edir, məmulatın həllər-variantlarla şərtləndirilən zahiri görkəminin əsas estetik və (və ya) erqonomik xüsusiyyətləri uyğun gələn sənaye nümunələri qrupu təsvir edilmişdir.
5. SƏNAYE NÜMUNƏSİNİN TƏSVİRİ
Sənaye nümunəsinin təsviri məmulatın zahiri görünüşünün fotoşəkilində əks olunanların yazılı şəkildə açılışını təmin etməlidir.
Təsvir sənaye nümunəsinin adı ilə başlayır və aşağıdakı bölmələri saxlayır:
-sənaye nümunəsinin təyinatı və tətbiq sahəsi;
-sənaye nümunəsinin analoqu (müəyyən edilmişsə);
-sənaye nümunəsini izah edən fotoşəkillər və təqdim edilən digər materialların siyahısı;
-sənaye nümunəsinin mahiyyəti;
-sənaye nümunəsinin çoxlu sayda təkrar istehsalının mümkünlüyü;
-sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı.
6. SƏNAYE NÜMUNƏSİNİN MÜHÜM ƏLAMƏTLƏRİNİN SİYAHISI 
Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı hüquqi mühafizə verilməsi xahiş olunan və hüquqi həcmi müəyyənləşdirən mühüm əlamətlər məcmusunun adekvat işlənməsini nəzərdə tutur.
Siyahıya daxil edilən əlamətlər məmulatın statik vəziyyətində xarici görünüşünü səciyyələndirən şəkildə ifadə edilir.
Sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı bir qayda olaraq, ən yaxın analoqla üst-üstə düşən əlamətlərlə, sənaye nümunəsinin mühüm əlamətlərini, eyni zamanda təyinatını, o cümlədən, soy anlayışını əks etdirən sənaye nümunəsini ən yaxın analoqdan fərqləndirən mühüm əlamətləri əks etdirən fərqləndirici hissədən ibarətdir.
Analoqu olmayan sənaye nümunəsinin mühüm əlamətlər siyahısı məhdudlaşdırıcı və fərqləndirici hissələrə ayrılmır.
7. ŞƏKİLLƏRİN MƏZMUNU VƏ GÖRKƏMİNƏ TƏLƏBLƏR
Həcmi sənaye nümunəsinə verilən iddia ərizəsində məmulatın öndən ¾ rakursda ümumi görünüşünün şəklini, həmçinin məmulatın zahiri görkəmi haqda dolğun təsəvvür yaratmağa imkan verən məmulatın həmin sayda öndən, soldan, sağdan, arxadan, yuxarıdan şəkilləri olmalıdır.
Müstəvi sənaye nümunəsi üçün bir növ kifayət edir.
Məmulatın dəsti (toplusu) ümumi görkəmdə, yəni dəstə (topluya) daxil olan məmulatların hamısı ilə birlikdə fotoşəkildə tamamilə öz əksini tapmalıdır. Bununla yanaşı dəstə (topluya) daxil olan məmulatın hər biri əlavə olaraq ayrılıqda fotoşəkillə verilir. Xüsusi halda, yeni məmulatlar dəsti (toplusu) tam tərkibdə,ümumi görkəmlə bir fotoşəkillə verilə bilmirsə, onda dəstin (toplunun) fraqmentlərlə verilməsi mümkün hesab edilir.
Sənaye nümunəsinin hər bir məmulatı bütün zəruri növlərdə ayrıca şəkillər toplusu şəklində təqdim olunmalıdır.
Bağlana bilən, yığılan (bükülən), formasını dəyişən (başqa şəklə salınan) və s. məmulatlar açıq və ya yığılmış halda təsvir edilə bilər.
Məmulatların şəkilləri dürüst, aydın olmalı, kənar predmetlərsiz (əşyalarsız) neytral fonda təqdim edilməli və əlavə izahsız məmulatın zahiri görkəmini müəyyən etməyə imkan verməlidir.
Fotoşəkillər bir qayda olaraq 18x24 sm ölçülü formatda, digər şəkillər isə A4 formatında təqdim edilir. Qabariti çox da böyük olmayan məmulatların, məsələn, zinət əşyalarının fotoşəkilləri 13x18 sm və ya 9x12 sm ölçülərdə təqdim edilə bilər.
8. SƏNAYE NÜMUNƏSİNİN MAHİYYƏTİNİ AÇAN MATERİALLAR
Sənaye nümunəsinin mahiyyətini açan materiallar məmulatın şəkillərinə əlavələr edilməsi tələb olunduqda təqdim edilir və qrafiki materiallar (çertyojlar, erqonomik sxemlər, şəkillər və s.) konfeksion xəritələr, məmulatın orijinalı və ya maketləri və ya onun hissələri şəklində tərtib olunmalıdır.
Sənaye nümunəsinin mahiyyətini açmaq, qabaritlərin təyini, məmulatın zahiri görkəminin və ya onun elementlərinin ölçülər nisbəti zəruri olduqda ümumi görünüşün çertyoju təqdim edilir.
İddiaçı tərəfindən verilmiş məmulatın zahiri görkəminin erqonometrik xüsusiyyətlərini izah etmək zəruri olduqda məmulatın erqonomik sxemi təqdim edilir.
Sənaye nümunəsini şəkillər, çertyojlar və ya sxemlə izah etmək mümkün olmadıqda, izahedici rəsmlər təqdim edilir.
Çertyojlar, sxemlər və şəkillər təsvirin mətnində verilməlidir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır