ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ümumi məlumat

Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, idarəetmə sistemləri üzrə beynəlxalq standartların tətbiqi müəssisələrin ölçüsü, işçi sayı, göstərdiyi fəaliyyət sahəsindən asılı olmayaraq işin səmərəli təşkili, məhsuldarlığın artırılması, yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnunluğuna nail olunması baxımından böyük əhəmiyyət daşıyır. Hazırda dünyada insanlara təhlükəsiz iş şəraitinin yaradılması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. İstehsal və idxal olunan məhsulların standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu beynəlxalq standartlar əsasında akkreditatsiya edilmiş laboratoriyalar və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.

Azərbaycan Standartlaşdırma İnstitutunun “İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı” beynəlxalq standartlar üzrə mütəmadi əsasda təlim və treninqlər təşkil edir. Təlimlər Beynəlxalq “İRCA” təşkilatının təlim proqramı əsasında və həmin qurumun üzvü Türkiyənin “Esenek Eğitim Mərkəzi"nin və Azərbaycan Standartlaşdırma İnstitutunun peşəkar təlimçi-müəllim heyəti tərəfindən aparılır. Təlimlərin nəticələrinə əsasən verilən sertifikatlar Beynəlxalq “İRCA” təşkilatında qeydiyyata alınır. Təlimlər aşağıdakı beynəlxalq standartlar üzrə aparılır:

 ISO 9001-2015 ”Keyfiyyət menecment sistemi.Tələblər” standartı üzrə:
- müştərilərin məmnunluğunun təmini,
- qanunların və normativ sənədlərinin tətbiqinin təmini
- kadrların səriştəliliyinin təmini
- istehsal olunan məhsulların və göstərilən xidmətlərin rəqabətə davamlılığının artıtılması
- maraqlı tərəflərlə (müştərilər, təchizatçılar, podratçılar, dövlət orqanları və s.) qarşılıqlı səmərə əsasında işləmə
- riskləri qiymətləndirmə və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlanması
- materiallardan və texnoloji avadanlıqlardan səmərəli
- beynəlxalq tenderlərdə iştirak və dünya bazarına çıxış.
- öz fəaliyyət sahəsi üzrə regionda liderlik

 ISO 14001-2015 “Ətraf mühiti idarəetmə sistemi”. Tələblər” standartı üzrə:
- zərərli tullantıların həddinin qanunauyğun səviyyədə saxlanmasının təmini
- zərərli tullantılara görə ola biləcək cərimələnmələrin qarşısının alınması
- sağlam iş şəraitinin yaradılması
- riskləri qiymətləndirmə və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlanması
- insanlara, flora və faunaya, təbii ehtiyatlara zərərli tullantıların mənfi təsirinin azaldılması
- zərərli tullantıların personala, xammala, avadanlıqlara mənfi təsirinin azaldılması
- qanunların və normativ sənədlərinin tətbiqinin təmini

 ISO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi. Tələblər” üzrə:
- əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət edilməsi
- məhsulların və materialların uyğunsuz vəziyyətə düşməsinin qarşısının alınması
- riskləri qiymətləndirmə və onların mənfi təsirlərini imkan verilə bilən səviyyədə saxlanması
- işçilərin əməyin təhlükəsizliyi sahəsində səriştəliliyinin təmin edilməsi
- iş qəzaları səbəbindən məhsuldarlığın azalmasının qarşısının alınması

 ISO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak edən təşkilatlara olan tələblər” üzrə:
- istehsal olunan qidanın təhlükəsiz olmasının təmini
- istehsal sahələrində və anbarlarda sanitar-gigiyenik şəraitin yaradılması
- istehsal sahələrində və anbarlarda çarpaz çirklənmənin qarşısının alınması
- personalın gigiyeniyasına və sağlamlığına daima nəzarət
- ziyanvericilərə qarşı mübarizə tədbirlərinin tətbiqi
- personalın qida təhlükəsizliyi sahəsində səriştəliliyinin təmini
- təhlükələri müəyyənləşdirmə və risklərin qiymətləndirilməsini aparmaqla onları yol verilə biləcək səviyyədə saxlama
- kritik nəzarət nöqtələrini müəyyənləşdirmə və kritik hədləri imkan verilə bilən səviyyədə saxlama
- maraqlı tərəflərlə (xarici və daxili) effektiv məlumat mübadiləsinin həayata keçirilməsi,
- istehsal olunan qidanın təhlükəsizliyinin daimi təmin edilməsi üçün qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi


Əlaqəli şəxs: Saday Əliyev                                                     

“Təlim-tədris Mərkəzi İdarəetmə sistemlərinin və            
Personalın sertifikatlaşdırılması orqanı”nın direktoru     
 
Tel: (+994 12) 514 96 03 (dax.115), (+994 50)312 15 49      
E-mail: s.aliyev@azstand.gov.az, saday.aliyev@mail.ru

   

  

Beynəlxalq əməkdaşlıq