ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ümumi məlumat

Hazırda dünyada insanlara təhlükəsiz iş şəraitinin təmin olunması, ətraf mühitin qorunması və qida təhlükəsizliyi əsas prioritet məsələlərdən biridir. İstehsal və idxal olunan məhsulların, standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu Beynəlxalq standartlar əsasında akkreditasiya edilmiş laboratoriyalar və İdarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.
Azərbaycan Standartlaşdırma İnstitutunun publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Neft-Qaz və Neft-Kimya Məhsullarının Sınaq laboratoriyası, Yeyinti və kənd təsərrüfatı məhsullarının sınaq laboratoriyası,Yüngül sənaye məhsullarının sınaq labaratoriyası,Səyyar Asfalt-beton Sınaq laboratoriyası,Gəncə Tikinti Materiallarının Sınaq laboratoriyası müasir tələblərə cavab verir.
Laboratoriyalarda Avropa Standartlarına cavab  verən Türkiyə, Almaniya, ABŞ, Yaponiya və Rusiya və digər qabaqcıl ölkələrdə istehsalı olan avadanlıq və cihazlardan istifadə etməklə keyfiyyət göstəricilərinin təyin edilməsi mümkündür.
 

Beynəlxalq əməkdaşlıq