ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) layihəsi əsasında respublikada fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşlarına İSO 9001:2015 üzrə təlim keçirilmişdir.
18 İyun, 2021

Hazırda Azərbaycan hökuməti tərəfindən ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması və ixrac potensialının gücləndirilməsi istiqamətində nəticəsi hiss olunan davamlı işlər görülməkdədir.

Ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində baş vermiş köklü dəyişikliklər iqtisadiyyatın davamlı inkişafına, bütün sahələrin bazar münasibətlərinə keçməsinə, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya etməsinə və beynəlxalq səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur.

Bu baxımdan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ixracla məşğul olan və gələcəkdə bu fəaliyyətlə məşğul olmaq niyyəti olan kadrların bilik və bacarıqlarının artırılması məqsədi ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə müraciət etmişdir.

İnstitut bu sahədə görülən işlərin vacibliyini nəzərə alaraq 07-11 iyun 2021-ci tarixlərində İSO 9001:2015 ”Keyfiyyəti idarəetmə sistemi. Tələblər” standartı əsasında təlimin keçirilməsini planlaşdırmış və Təlim-tədris Mərkəzi-İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması orqanının direktoru Saday Əliyev tərəfindən bu təlimin həyata keçirilməsini təmin etmişdir.

Beynəlxalq standartlar əsasında təlimlərin keçirilməsi və onun idarəetmə sisteminə tətbiqi müəssisə və təşkilatın rəqabət qabiliyyətinin artmasına, mütəxəssislərinin peşəkarlığına və səriştəliliyinə, məhsulun yaradılması, xidmətin göstərilməsi  və istehsalın genişləndirilməsi üçün səmərəli təsirli alət rolunu oynaya bilir. Eyni zamanda Keyfiyyəti idarəetmə istehsalın və xidmətin sistemli idarə edilməsində aparıcı və prioritet rolu təmin edir.

Tarix:

18 İyun, 2021