ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZS 895:2021 ““VİRCİNİYA” botaniki növünə aid quru tütün yarpaqlarının təsnifatlandırılması və əmtəə növlərinə ayrılması” dövlət standartı qəbul edilmişdir.
17 İyun, 2021

Tütün-tütün məmulatları sahəsində beynəlxalq tələbləri özündə əks etdirən dövlət standartlarının işlənib hazırlanması məqsədi ilə AZS 895:2021 ““VİRCİNİYA” botaniki növünə aid quru tütün yarpaqlarının təsnifatlandırılması və əmtəə növlərinə ayrılması” dövlət standartının layihəsi “Azərtütün ASK” MMC tərəfindən işlənib hazırlanmış və “Tütün-tütün məmulatları”nın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 28) müzakirəyə çıxarılmışdır.

AZS 895:2021 ““VİRCİNİYA” botaniki növünə aid quru tütün yarpaqlarının təsnifatlandırılması və əmtəə növlərinə ayrılması” dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun 11 iyun 2021-ci il tarixli 212323400058 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi əmr təsdiq edildiyi gündən müəyyən edilmişdir.

Tarix:

17 İyun, 2021