ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın nümayəndəsi Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) görüşündə iştirak edib.
28 Fevral, 2024

Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Elektrotexnika Komissiyasının (International Electrotechnical Commision, IEC) Cenevrə şəhərində yerləşən ofisində keçirilən görüşdə iştirak edib.

Görüşdə IEC-ə üvlük prosedurları, Milli Elektrotexniki Komitənin (NEC) strukturu və yaradılma təcrübəsi, IEC-in standartlaşdırma üzrə texniki komitələrində iştirak, IEC standartlarının dövlət standartları kimi qəbul edilmə prosedurları, mentorluq proqramları müzakirə edilib.

IEC prezidenti Jo Cops və IEC-ə qoşulmuş ölkələr və üzvlük proqramları üzrə rəhbər Aristea Kyriakati AZSTAND-ın IEC-in fəaliyyətinə töhvə verdiyini  qeyd ediblər.

Tarix:

28 Fevral, 2024