ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

KOBİA-nın təşkilatçılığı ilə sahibkarlıq subyektləri ilə görüş keçirilmişdir.
30 İyun, 2021

KOBİA-nın təşkilatçılığı ilə sahibkarlıq subyektləri ilə 24.06.2021-ci il tarixində “Kənd təsərrüfatı məhsullarının istehsalı və mövcud dövlət dəstək mexanizmləri”, 25.06.2021-ci il tarixində “İctimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla mövcud vəziyyətin öyrənilməsinə”  və 29.06.2021-ci il tarixində “Yüngül sənaye istehsalı ilə məşğul olan sahibkarların qarşılaşdığı çətinliklərin öyrənilməsi və onların həlli yollarına”  dair görüş keçirilib.

Görüşdə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (AZSTAND) Baş direktorun müavini - Baş direktorun vəzifəsini müvəqqəti icra edən İlqar Həsənov və AZSTAND-ın digər  nümayəndələri iştirak etmişdilər. Görüş iştirakçılarına sahələr üzrə mövcud Texniki Komitələr barədə məlumat verilmiş və sahibkarların Texniki Komitələrdə iştirakının məqsədəuyğunluğu bildirilmişdir. Sahibkarlıq subyektlərini maraqlandıran dövlət və beynəlxalq standartların əldə olunmasına dair dəstəyin göstərilməsi qeyd edilmişdir. 

Tarix:

30 İyun, 2021