ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitəsinin növbəti iclası keçirilmişdir
30 İyun, 2021

“Meyvəçilik, suptropik bitkilər və çayçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitəsinin 23 iyun 2021-ci ildə növbəti iclası keçirilmişdir. İclasda TK-25-in üzvlərindən 12 nəfər, rəyçilər və  Azərbaycan Standartlaşdırma İnstitutun Aqrar və qida sənayesi söbəsinin müdiri a.e.f.d. Bayram Əliyev iştirak etmişdir.  İclasda  “Meyvə, giləmeyvə, subtropik, qərzəkli meyvə bitkilərinin və çay bitkisinin əkin materialı” texniki şərtlər və “Çay və çay məhsulları” terminlər və təriflər standartları ikinci dəfə müzakirəyə çıxarılmış, “Çay.  Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsulu”, “Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları”, “Çay Suda həll olan ekstraktiv maddələrin təyini” və “İşlənmiş fındıq ləpəsi” standartlarının dövri yoxlanması nəticələri müzakirə olunmuşdur. TK-25-in qərarı ilə “Meyvə, giləmeyvə, subtropik, qərzəkli meyvə bitkilərinin və çay bitkisinin əkin materialı” texniki şərtlər, “Çay və çay məhsulları” terminlər və təriflər, “Çay Xırdalanmış nümunənin hazırlanması və quru maddələrin təyini üsulu”, “Çay. Ümumi, suda həll olmayan və suda həll olan külün təyini üsulları”, “Çay. Suda həll olan ekstraktiv maddələrin təyini” təsdiq olunmuş və Azərbaycan Standartlaşdırma İnstitutuna qəbul olunması üçün göndərilməsi qərara alındı.

Tarix:

30 İyun, 2021