ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Tekstil sahəsinin standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb.
30 Yanvar, 2024

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) tərəfindən "Tekstil sahəsi"nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 45) yaradılıb.

AZSTAND/TK 45 tekstil sənayesi prosesləri, tekstil köməkçi materialları, lələklər və tüklər də daxil olmaqla, tekstil lifləri, tekstil sənayesinin məhsulları, tekstil döşəmə örtükləri, ev tekstili və kətan, ipliklər, tekstil parçalar, iplər, geotekstillər, ağıllı tekstil, tekstil (toxuculuq) sənayesinin digər məhsulları, kompozitlərin möhkəmləndirilməsi üçün materiallar, tekstil maşınları sahələri üzrə dövlət, ilkin, beynəlxalq, regional, dövlətlərarası standartların hazırlanmasında maraqlı tərəflərin iştirakını təmin etmək məqsədi ilə təsis edilib.

Texniki komitədə Azərbaycan Standartlaşdırma İnstitutu, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, digər sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edir.

Əsasnaməsi və strukturu təsdiq edilən Texniki Komitəyə sədrlik AZSTAND tərəfindən həyata keçiriləcək.

 

 

 

Tarix:

30 Yanvar, 2024