| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
12345
6789101112
13141516171819
20212223242526
2728293031
Ümumi məlumat
Çap versiyası

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi metrologiya sahəsində dövlət siyasətini formalaşdırır və həyata keçirir. Bununla bağlı Komitənin vəzifə və funksiyaları:
1. Metrologiya sahəsində dövlət siyasətini həyata keçirir, məqsədli proqramlar hazırlayaraq onların həyata keçirilməsinin təmin edir, digər dövlət və yerli özünüidarəetmə orqanlarını, təsərrüfat subyektlərinin bu sahədəki fəaliyyətini əlaqələndirir;
2. Respublika ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi üzrə fəaliyyəti həyata keçirir;
3. Dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq edir;
4. Ölçmə vasitələrinin hazırlanmasının keyfiyyət sisteminə nəzarət edir;
5. Xüsusi razılıq tələb edilən fəaliyyət növünə xüsusi razılıq (lisenziya) verilməsi üçün rəy tərtib edir;
6. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə onların dövlət sınaqlarının aparılması metodikasını təsdiq edir;
7. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsini həyata keçirir, ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat verir və ölçmə vasitələrinin dövlət reyestrini aparır;
8. Respublika ərazisində qaz və neft məhsullarının hesablanma qovşaqlarının metroloji attestasiyasını təşkil edir;
9. Hesablaşma əməliyyatlarında, insanların həyatının, sağlamlığının, əmlakının, istehlakçının hüququnun, ətraf mühitin təhlükəsizliyinin qorunmasında istifadə olunan ölçmə vasitələri istisna olmaqla hüquqi şəxslərin metroloji xidmətlərinə müqayisəli yoxlama və kalibrlənmə işlərinin aparılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətlər verilməsi ilə bağlı sənədlər hazırlayır;
10. Qanunvericiliklə müəyyən olunmuş qaydada, Azərbaycan Respublikasına idxal olunmuş (sərbəst dövriyyəyə buraxılan) və ixrac olunacaq məhsulların (işlərin, xidmətlərin) metroloji qayda və normalara uyğunluğuna dövlət nəzarətini həyata keçirir.

Azərbaycan Respublikasında metrologiya sahəsində istifadə olunan normativ sənədlər
• «Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu
• Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Əsasnaməsi
• Metrologiya Şöbəsinin Əsasnaməsi
• Dövlət standartları
• Metodik göstərişlər
• Təlimatlar
• Qaydalar

DÖVLƏT REYESTRİ HAQQINDA
• Dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələri dövlət sınaqlarından keçirilməklə tipi təsdiq edilməlidir.
• Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi həqqında qərar Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.
• Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında müvafiq sertifikat verilir. Həmin sertifikatın forması və qüvvədə olma müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
• Ölçmə vasitəsinin təsdiq edilmiş tipi ÖV-nin dövlət reyestrinə daxil edilir.
• Ölçmə vasitələrinin dövlət reyestrinin aparılma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Xaricdən partiyalarla gətirilmiş ÖV-nin Dövlət reyestrinə daxil edilməsi üçün lazım olan sənədlər:
1. ÖV-ni istehsal edən firmanın prospekti - 2 nüsxədə.
2. Göndəriləcək ÖV-ri ilə birlikdə, hazırlayan firmanın komplekt sənədləri, istismar təlimatı, milli NTS və ya hazırlayan firmanın yoxlama metodikasının NTS-i və s. - 2 nüsxədə.
3. Sınağa təqdim olunacaq ÖV-nə tələbat və onların tətbiq dairəsi haqqında arayış - 1 nüsxədə.
4. ÖV-nin yoxlama metodikası ilə təmin olunması haqqında məlumat - 1 nüsxədə.
5. (13x18) sm və ya (18x24) sm ölçüdə ÖV-nin ümumi görünüşünün fotoşəkili.
6. 8-ci əlavədə düzəldilmiş formaya uyğun yeni işlənib hazırlanmış ÖV-nin tipinin təsvirinin layihəsi - 4 nüsxədə.
7. Sınağı veriləcək ÖV-nin yoxlama metodikasının NTS-nin layihəsi - 2 nüsxədə.

Qeyd:
1. ÖV-ni hazırlayan firmanın bütün sənədləri Azərbaycan dilinə tərcümə edilib təqdim olunmalıdır. ÖV-nin ümumi görünüşünün fotoşəkilinə tərcümə olunmuş işarələr əlavə olunur.
2. ÖV-ni hazırlayan firmanın təqdim etdiyi sənədlərində milli NTS-lərə istinad olumuşsa, onda milli NTS-lər (Azərbaycan dilində) əlavə olunur.

Respublikada istehsal olunan ÖV-nin Dövlət sınağının keçirilməsi üçün tələb olan sənədlər:

1. Müəyyən olunmuş qaydada təsdiq olunmuş ГОСТ 15.001-70 tələbinə texniki tapşırıq - 1 nüsxədə.
2. İşləyib hazırlayan müəssisə rəhbərinin təsdiq etdiyi texniki şərtin ГОСТ 2.114-70 tələbinə uyğun layihəsi (dövlət və ya müəyyən sahə standartı olmadıqda) - 3 nüsxə.
3. Yoxlama metodikası NTS-in layihəsi ГОСТ 8.375-80 və ГОСТ 8.042-83 (əgər bu ÖV-ni yoxlamaq üçün Dövlət Komitəsinin NTS-i yoxdursa) - 3 nüsxə.
4. İstismar sənədləri ГОСТ 2.601-68 tələblərinə uyğun - 3nüsxə.
5. Texniki kartanın səviyyəsi və məhsulun keyfiyyəti ГОСТ 2.116-84 tələbinə uyğun - 2 nüsxə.
6. Layihə təşkilatının aşağıdakı məzmunda arayışı - Layihə edilən ÖV-nin ilkin sınağı, istismarı və sınağı aparmaq üçün yoxlama metodikası, nümunəvi ÖV-ilə təmin olunması haqqında məlumat verməlidir - 1 nüsxə.
7. ГОСТ 2.701-84 tələbinə uyğun prinsipial sxem (bu olmadıqda istismar sənədləri) və ÖV-nin quraşdırma sxemi -1 nüsxə.
8. Dövlət qəbul sınağına gətiriləcək təcrübə aparılan nümunənin əvvəlcədən aparılmış sınağının protokolu, proqramını əlavə etməklə və ГОСТ 2.106-68 tələbinə uyğun sınaq metodikası verilməlidir - 1 nüsxə.
9. 8-ci əlavədə düzəldilmiş formaya uyğun yeni işlənib hazırlanmış ÖV- nin tipinin təsvirinin layihəsi - 4 nüsxə.
10. (13x18) sm və ya (18x24) sm ölçüdə ÖV-nin ümumi görünüşünün fotoşəkili - 15 nüsxə.
11. Yeni işlənib hazırlanan ÖV-nin Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş Dövlət qəbul sınağının proqram layihəsi - 1 nüsxə.

Məişətdə və istehsalatda istifadə edilən qaz sayğaclarına qoyulan metroloji tələblər
Ölkədə istehsal edilən və ya xarici ölkədən tək-tək və ya partyalarla gətirilən qaz sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət sınağı keçirilməli, tipi təsdiq edilməli və dövlət reyestrinə daxil edilməlidir.
Dövlət reyestrinə daxil edilməmiş qaz sayğaclarının istismarı qadağandır.
Məişətdə və sənayedə istifadə olunan qaz sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcıları tərəfindən dövlət yoxlanışından keçirildikdən sonra istismar edilə bilər.
Dövlət yoxlanışından keçirilməmiş, müvafiq damğa və plomb vurulmamış qaz sayğaclarının istismarı qadağandır.
Üzərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcısının damğası və plombu olmayan, həmçinin pasportunda yararlılıq haqqında müvafiq qeydiyyat aparılmayan qaz sayğacı etibarsız sayılır.
Hər hansı fiziki təsirə məruz qalmış (əzilmiş, sınmış) qaz sayğacının istismarı qadağandır.
Dövlət yoxlayıcısı tərəfindən qaz sayğacının üzərinə vurulmuş damğa pozulmuş və ya aydın oxunmursa, həmçinin girişi qadağan edən plomb sındırılmışdırsa həmin sayğac etibarsız hesab olunur.
Qaz sayğaclarının dövrü yoxlama müddəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmişdir:
A) Məişət qaz sayğacları 5 (beş) ildə bir dəfə dövrü Dövlət yoxlanışından keçirilir.
B) Sənaye qaz sayğacları 3 (üç) ildə bir dəfə dövrü Dövlət yoxlanışından keçirilir.

Məişətdə və istehsalatda istifadə edilən su sayğaclarına qoyulan metroloji tələblər
Ölkədə istehsal edilən və ya xarici ölkədən tək-tək və ya partyalarla gətirilən su sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət sınağı keçirilməli, tipi təsdiq edilməli və dövlət reyestrinə daxil edilməlidir.
Dövlət reyestrinə daxil edilməmiş su sayğaclarının istismarı qadağandır.
Məişətdə və istehsalatda istifadə olunan su sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcıları tərəfindən müqayisəli dövlət yoxlanışından keçirildikdən sonra istismar edilə bilər.
Dövlət yoxlanışından keçirilməmiş, müvafiq damğa və plomb vurulmamış su sayğaclarının istismarı qadağandır.
Üzərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcısının damğası və plombu olmayan, həmçinin pasportunda yararlılıq haqqında müvafiq qeydiyyat aparılmayan su sayğacı etibarsız sayılır.
Hər hansı fiziki təsirə məruz qalmış (əzilmiş, sınmış) su sayğacının istismarı qadağandır.
Dövlət yoxlayıcısı tərəfindən su sayğacının üzərinə vurulmuş damğa pozulmuş və ya aydın oxunmursa, həmçinin girişi qadağan edən plomb sındırılmışdırsa həmin sayğac etibarsız hesab olunur.
Su sayğaclarının dövrü yoxlama müddəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmişdir:
A) Məişət su sayğacları 5 (beş) ildə bir dəfə dövrü Dövlət yoxlanışından keçirilir.
B) Sənaye su sayğacları 3 (üç) ildə bir dəfə dövrü Dövlət yoxlanışından keçirilir.

Məişətdə və istehsalatda istifadə edilən elektirik sayğaclarına qoyulan metroloji tələblər
Ölkədə istehsal edilən və ya xarici ölkədən tək-tək və ya partyalarla gətirilən elektirik sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət sınağı keçirilməli, tipi təsdiq edilməli və dövlət reyestrinə daxil edilməlidir.
Dövlət reyestrinə daxil edilməmiş elektirik sayğaclarının istismarı qadağandır.
Məişətdə və istehsalatda istifadə olunan elektirik sayğacları Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcıları tərəfindən müqayisəli dövlət yoxlanışından keçirildikdən sonra istismar edilə bilər.
Dövlət yoxlanışından keçirilməmiş, müvafiq damğa və plomb vurulmamış elektirik sayğaclarının istismarı qadağandır.
Üzərində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) yoxlayıcısının damğası və plombu olmayan, həmçinin pasportunda yararlılıq haqqında qeydiyyat aparılmayan elektirik sayğacı etibarsız sayılır.
Hər hansı fiziki təsirə məruz qalmış (əzilmiş, sınmış) elektirik sayğacının istismarı qadağandır.
Dövlət yoxlayıcısı tərəfindən elektirik sayğacının üzərinə vurulmuş damğa pozulmuş və ya aydın oxunmursa, həmçinin girişi qadağan edən plomb sındırılmışdırsa, həmin sayğac etibarsız hesab olunur.
Elektirik sayğaclarının dövrü yoxlama müddəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

Dövlət nəzarəti
21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

27.03.2017

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı...

daha ətraflı
VİDEO XƏBƏR
24.04.2015
26 Aprel Beynəlxalq Əqli Mülkiyyət günü münasibəti ilə “Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır