| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
2627282930
Ümumi məlumat
Çap versiyası

Keyfiyyətə nəzarətin məqsədi istehlakçıların qanunvericiklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit ücün təhlükə törədə biləcək məhsulların istehsalının, idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır. Məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir. Komitə öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusuyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmr və sərəncamlarını, digər normativ-hüquqi aktları rəhbər tutaraq neft-kimya, tikinti, aqrar sənaye kompleksində, yüngül, mebel, maşınqayırma, elektrotexnika, cihazqayırma, energetika, rabitə, metallurgiya, ümumi texnika, nəqliyyat sənayesi sahələrində standartların tələblərini təmin etmək üçün dövlət nəzarətini həyata keçirir.
Komitə keyfiyyətə dövlət nəzarətini həyata keçirərkən aşağıdakı vəzifələri yerinə yetirir:
-təsərrüfat subyektlərində məhsulların istehsalı, istifadəsi, istismarı, saxlanması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə riayət olunmasına;
-ölçmə vasitələrinin müqayisəli yoxlanılmasını və dövlət sınaqlarını aparmaq;
-məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu təyin etmək üçün qüvvədə olan normativ sənədlərə müvafiq olaraq sınaq nümunələrini əvəzsiz olaraq seçib götürmək və akkreditasiya olunmuş sınaq laboratoriyalarında sınaqları aparmaq;
-standartın tələbləri pozulduqda qanunvericiliyə müvafiq olaraq hüquqi tədbirlər görmək.
-digər icra hakimiyyəti orqanları ilə birlikdə standartların tələblərinə uyğun olmayan, keyfiyyətisiz məhsulların dövriyyədən götürülməsində iştirak etmək.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır