| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər arxivi
Çap versiyası
18.05.2017

20 may Ümumdünya Metrologiya günüdür

Bu ilin devizi –  Nəqliyyat üçün ölçmələr

Müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Ümumdünya Metrologiya gününün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökümət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.

Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.

Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib, onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.

Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.

2017-ci il üçün devizinin “Nəqliyyat üçün ölçmələr” seçilməsi təsadüfi deyil. Nəqliyyatda metrologiya sahəsinin uğurlu tətbiqi bu sahənin inkişafını şərtləndirir.

Bütün dünyada milli metrologiya institutları tələb olunan hər bir səviyyədə yeni ölçmə metodologiyalarını inkişaf etdirməklə və təsdiqləməklə ölçmələr elmini davamlı olaraq inkişaf etdirir. Bu inkişaf nəqliyyat sektoruna yeni həll yolları gətirməkdə əhəmiyyətli rol oynayır. Məsələn, hidrogen yanacaq elementləri, elektrik avtomobillər və ya yanacaqdan səmərəli istifadə edən sərnişin təyyarələrini yeni nəsil innovasiyaları kimi qeyd etmək olar.

Müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.

Hazırda Azərbaycan Respublikası Prezidentinin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ölkə başçısı tərəfindən həyata keçirilən qeyri-neft sektorunun inkişafına yönələn məqsədyönlü iqtisadi-siyasi kurs müasir təcrübələrə və insan kapitalına əsaslanan innovativ iqtisadiyyatın inkişafına xidmət edir. Sənayenin effektivliyinin artırılması üçün yeni texnologiyalar, yeni yanaşmalar və metrologiya sahəsinin inkişafı həlledici əhəmiyyətə malikdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyət sahələrindən biri olan metrologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 2017-ci ilin 10 fevral tarixində Prezident İlham Əliyev tərəfindən Fərman imzalanıb. Fərmana uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi təsis edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində fundamental, tətbiqi, elmi, eksperimental işlərin aparılması, bu sahədə elmi-texniki fəaliyyətin aparılması, istiqamətləndirilmiş proqramların yaradılması və tətbiq edilməsi, dövlət büdcəsi vəsaiti hesabına dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (və yaxud yaradılması) qorunub saxlanılması, tutuşdurulması, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində normativ sənədlərin yaradılması üzrə işlərin aparılması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının layıhəsində göstərilən ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə qoyulan tələblərin metroloji ekspertizasının aparılması işlərini həyata keçirir. Həmçinin metrologiya üzrə dövlətlərarası, regional və beynəlxalq elmi-texniki əməkdaşlıqda iştirak etmək, bu təşkilatlarda iş aparmaq və özünü təqdim etmək, regional və beynəlxalq metrologiya təşkilatları çərçivəsində milli etalonların tutuşdurulmasında iştirak etmək, laboratoriyalararası tutuşdurmalarda iştirak etmək, istehsalatın metroloji təminatında, alqı-satqı əməliyyatlarında və digər təsərrüfat sahələrində sahibkarlara elmi-metodiki köməklik göstərilməsi, təsərrüfat subyektləri ilə bağlanmış muqavilə əsasında ölçmə vasitələrinin muqayisəli yoxlanılması və kalibrlənməsinin həyata keçirilməsi və müvafiq sertifikatın verilməsi, ölçmə vasitələrinin verilmiş tipə uyğunluğunun təsdiq edilməsi məqsədilə sınaqların keçirilməsi, ölkəyə idxal olunan ölçmə vasitələrinin tipə uyğunluğun təsdiqinin tanınması məqsədi ilə təqdim olunan sənədlərin metroloji ekspertizasının keçirilməsi, ölçmə vasitələrinin və standart nümunələrin dövlət reyestrinin aparılması, inşaat materiallarının, ərzaq və qeyri-ərzaq məhsullarının radionuklid tərkibinin təyin edilməsi məqsədi ilə spektrometrik analizlərin aparılması, ölçmələrin vəhdətinin təmin edilməsi üzrə məlumat fondunun yaradılması, həmçinin ora daxil olan sənədlərin və məlumatların təqdim edilməsi, milli etalon bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak etmək İnstitutun fəaliyyət istiqamətlərinə aiddir.

Hazırda Azərbaycanda ölçmələrin vəhdətini və etalonlardan ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər aparılır. Belə ki, İnstitutda kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür. Yaxın illər ərzində qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.

Ümumdünya Metrologiya Gününə həsr olunmuş əlavə məlumatlarla www.worldmetrologyday.org link vasitəsilə tanış ola bilərsiniz.

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

31.03.2017

“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı...

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır