| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
252627282930
Xəbər arxivi
Çap versiyası
08.06.2017

9 iyun Beynəlxalq Akkreditasiya günüdür

Bu ilin devizi: “Akkreditasiya: Tikinti sahəsində etimad mühitinin təmin olunması”

Akkreditasiya konkret işləri yerinə yetirmək üçün uyğunluğun qiymətləndirilməsi orqanlarının səlahiyyətlərinin milli orqan vasitəsi ilə rəsmi tanınması prosedurudur. Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası onların həyata keçirdikləri uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərinin yerinə yetirilməsinə səriştəli olduqlarına dair zəmanətin formalaşdırılması və uyğunluğun qiymətləndirilməsi nəticələrinin yerli və beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi üçün vacib bir mexanizmdir.

Akkreditasiya daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində mühüm rol oynayır. Digər tərəfdən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası həmin orqanların reputasiyasını artırır və etimad yaradır.

9 iyun Beynəlxalq Akkreditasiya günü Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Laboratoriyaların Beynəlxalq Akkreditasiya üzrə Əməkdaşlıq (İLAC) təşkilatlarının adı ilə bağlıdır. 2007-ci ilin oktyabr ayında Avstraliyanın Sidney şəhərində İLAC və İAF-in Baş Assambleyasında qəbul olunmuş qətnamədə hər ilin iyunun 9-nun Beynəlxalq Akkreditasiya Günü kimi qeyd olunması qərara alınıb. Bu günün əsas məqsədi akkreditasiyanın vacibliyini və bu fəaliyyətlə məşğul olanların məsuliyyətini ictimayyətə çatdırmaqdır.

Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi ilə bağlı siyasətin həyata keçirilməsində keyfiyyət infrastruktutu sahələrindən biri kimi akkreditasiyanın rolu böyükdür. Akkreditasiyanın Azərbaycan üçün yeni təcrübə olmasına baxmayaraq, bu sahənin inkişafı günbəgün artmaqdadır.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi təsis edilib. Mərkəz ölkədə fəaliyyət göstərən sınaq və kalibrləmə laboratoriyalarının, keyfiyyəti idarəetmə sistemlərinin tətbiqi və sertifikatlaşdırılması ilə məşğul olan orqanların, məhsulların, personalların və inspeksiya xidmətlərini göstərən uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiya edilməsi ilə bağlı işləri həyata keçirir.

Ümumilikdə isə Azərbaycanda milli akkreditasiya sisteminin əldə etdiyi uğurlar bir neçə il əvvəldən başlayıb. 2012-ci ildə mərkəz (o zaman Dövlət Akkreditasiya Xidməti) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq (İnternational Laboratory Accreditation Cooperation - İLAC) təşkilatına müşahidəçi üzv kimi qəbul edilib. İLAC-a üzv olmaqla mərkəz beynəlxalq təşkilat tərəfindən akkreditasiya sahəsində yeni standart və qaydaların hazırlanmasında iştirak, qəbul edilmiş akkreditasiya üzrə normativ sənədlərin əldə edilməsi və bu istiqamətdə təcrübə mübadiləsində iştirak imkanları qazanıb. Eyni zamanda ticarətdə texniki manelərin aradan qaldırılmasına, elmi-texniki məlumatların və texnologiyaların mübadiləsinə geniş imkanlar yaranıb. İLAC-a üzvlüyün ən böyük üstünlüyü akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi olub.

2014-cü ildə qəbul edilmiş “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanun bu fəaliyyətin qanunvericilik bazasını yaratmaqla, ölkədə hüquqi tənzimləməni təmin edib.

Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması və yerli məhsulların ixrac potensialının artırılması məqsədi ilə milli akkreditasiya sisteminin beynəlxalq aləmdə tanınmasının təmin olunması ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin cari ilin 22-25 may tarixlərində Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirakını və əldə olunmuş nəticələri də akkreditasiya sahəsinin inkişafına xidmət edib. Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri ilə görüşlər keçirib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub. Almaniya Akkreditasiya Qurumunun (DAkkS) rəhbəri Stefan Finke ilə görüş zamanı Avropa Birliyinin maliyyəsi ilə DAkkS tərəfindən cari ilin iyun ayında icrasına başlanacaq “Azərbaycanda akkreditasiya sisteminin gücləndirilməsi” adlı “Tvinninq” layihəsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Bildirilib ki, Almaniya, İtaliya və Latviyanın akkreditasiya qurumlarının birgə konsorsiumu tərəfindən icra olunacaq layihənin məqsədi Avropa tələblərinə cavab verən akkreditasiya sistemi vasitəsilə Azərbaycanın iqtisadi inkişafına və dünya bazarına çıxışına töhfə verməkdir. Layihənin sonunda Azərbaycan akkreditasiya orqanının bu sahədə beynəlxalq təşkilat olan EA-ya tam hüquqlu üzvlük təmin olunacaq ki, bu da öz növbəsində ölkəmizin akkreditasiya prosedurlarının tanınması və ixrac proseslərində texniki maneələrin aradan qaldırılması deməkdir. Səfər zamanı həmçinin EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə təşkilata üzvlüklə ilə bağlı cari ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlin şəhərində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.

Məlumat üçün bildirək ki,  Azərbaycanda akkreditasiya olunmuş 287 uyğunluğu qiymətləndirən qurum fəaliyyət göstərir ki, bunlardan 45-i sertifikatlaşdırma orqanı, 197-si sınaq laboratoriyası, 45-i isə kalibrləmə laboratoriyasıdır.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

SƏRƏNCAM

20.06.2017

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

daha ətraflı
VİDEO XƏBƏR
16.05.2017
Azərbaycan və Çin arasında qeyri-neft ixrac potensialının genişləndirilməsinə xidmət edəcək Anlaşma Memorandumu imzalanıb
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır