| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
01.12.2017

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib - FOTO

Noyabrın 30-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilib. Komitə sədrinin müavini, Seçki Komissiyasının sədri Niyazi Rəhimov səsvermədə iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrini salamlayaraq bildirib ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən ilk dəfə olaraq komitə yanında İctimai Şuraya seçkilər keçirilir.

Onun sözlərinə görə, ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafı istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm islahatlar həyata keçirilib. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanunlar qəbul edilib, eyni zamanda QHT-lər ölkədə dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilib. 2012-ci ildə “Açıq Hökumətin təşviqinə dair ilk Milli Fəaliyyət Planı” təsdiq edilib. 2016-cı ildə daha bir Fəaliyyət Planı qəbul edilərək ictimai iştirakçılıqla bağlı qarşıya yeni vəzifələr qoyulub. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” Qanun qüvvəyə minib. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılıb. Ölkədə vətəndaş cəmiyyəti ilə hakimiyyətin birgə fəaliyyət göstərdiyi dialoq platformaları mövcuddur. Bu platformaların bir çoxunda birgə qərar qəbuletmə və birgə fəaliyyət formaları mövcuddur ki, bu da ictimai iştirakçılığın ən yüksək səviyyəsi deməkdir.

Sonra komitə yanında İctimai Şuraya seçkilər keçirilib. Səsvermədə  qeydiyyatdan keçmiş 41 QHT nümayəndəsindən 38-i iştirak edib və səs verib.

Səsvermə “İctimai iştirakçılıq haqqında” Qanunun və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə əsasən keçirilib. Qanunvericiliyə əsasən səsvermədə iştirak edənlərin ümumi sayının yarıdan çoxunun səsini qazanmış namizədlər qalib hesab olunur. Səsvermənin nəticələrinə əsasən aşağıda adları qeyd edilmiş QHT təmsilçiləri komitə yanında İctimai Şuranın üzvü seçiliblər:

  1. Rauf Xurşud oğlu Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti (34 səs)
  2. Fuad Dursun oğlu Hümbətov – Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini (31 səs)
  3. İradə Nəcəf qızı Yaqubova – “Els-Müstəqil Araşdırmalar Mərkəzi”nin sədri (31 səs)
  4. İsrayıl İsa oğlu İsgəndərov – “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin icraçı direktoru (30 səs)
  5. Eyyub Mahmud oğlu Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyinin sədri  (28 səs)
  6. Ruslan Bahyəddin oğlu Atakişiyev - “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri (28 səs)
  7. Mirzə Ağamurad oğlu Məmməd Vəliyev – “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri (24 səs)

 

 

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır