| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər arxivi
Çap versiyası
06.12.2017

Azərbaycan Standartlaşdırma İnstitutu” və  “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslərin əməkdaşlarına “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib - FOTO

Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.2-ci bəndinin icrası məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Standartlaşdırma İnstitutu” və  “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxslərin əməkdaşlarına “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib.

Bildirilib ki, Azərbaycanda bütün sahələrdə şəffaflığın yüksəldilməsi, korrupsiya hallarının qarşısının alınması və biznesdə süründürməçilik, bürokratiyanın aradan qaldırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində davamlı həyata keçirilən strategiya nəticəsində ölkəmiz böyük uğurlar əldə edib. Açıq hökumət prinsipləri daim bu strategiyanın ayrılmaz hissəsi olub və həyata keçirilən tədbirlər dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsini, informasiyanın əldə edilməsində açıqlığın təmin edilməsini, ictimai iştirakçılığın artmasını və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı nəzərdə tutub. Ölkəmiz açıq hökumət prinsiplərinin təşviqi sahəsində beynəlxalq səylərə öz töhfəsini verib və “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olub.

2015-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentə təqdim edilmiş və qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu da bu sahədə müsbət nəticələrini verməkdədir. Qanunun qüvvədə olma müddətinin 4 il artırılması sahibkarlıq fəaliyyətinin daha da liberallaşdırılmasını, bürokratik əngəllərin aradan qaldırılmasını, yoxlamaların keçirilməsində təkrarçılığın ləğvini, keyfiyyətin yüksəldilməsində sahibkar məsuliyyətinin vacibliyini təmin edir. Bundan başqa təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, iş adamlarının hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı xüsusi əhəmiyyətə malikdir. Fərmanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində icrası məqsədilə komitə yanında Apellyasiya Şurası yaradılıb.

Sonra təlim iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 10.2-ci bəndi müxtəlif hədəf qrupları, o cümlədən dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış üzrə təhsil-tədris proqramlarının hazırlanması, təlim və treninqlərin keçirilməsi, belə təşəbbüslərin dəstəklənməsini əhatə edir.

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır