| | az | en

TƏQVİM

Be Ça Ç Ca C Ş B
1234
567891011
12131415161718
19202122232425
262728
Xəbər arxivi
Çap versiyası
12.02.2018

Bakıda mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri mövzusunda təlim keçiriləcək

Təlimçilər arasında Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinin sədri də var

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  və  Ümumdünya  Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) arasında imzalanmış Memorandumda nəzərdə tutulan təlimlərin növbəti dördüncü mərhələsi (Modul 4) 19-23 fevral 2018-ci il tarixlərində keçiriləcək. “Mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizə” movzusunda keçiriləcək təlim “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsinTəlim Mərkəzində baş tutacaq.

Təlimdə elm, təhsil, gömrük, özəl sektor və Patent və Əmtəə Nişanları Mərkəzini təmsil edən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası tərəfindən qeydiyyata alınmış 20 təlimçinin iştirakı nəzərdə tutulub.

“Mənşə yeri adları və coğrafi göstəricilərin fərqləndirici əlamətləri və mühafizəmövzusunu əhatə edəcək mühazirələr Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təqdimatına uyğun olaraq Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzinin (Sakpatenti) sədri Nikolaz Qoqilidze, adı çəkilən Mərkəzin müşaviri David Gabunia və Gürcüstan Respublikası Bankının Tədris Departamentinin təlimatçısı Paata Papava tərəfindən tədris ediləcək.

Qeyd edək ki, Memorandumda nəzərdə tutulan təlimlərin birinci mərhələsi  (Modul 1): “Əsas təlim metodikaları” mövzusunda 14-18 dekabr 2015-ci il, təlimlərin ikinci mərhələsi (Modul 2): “Tətbiqi təlim metodikaları” mövzusunda 19-23  sentyabr 2016-cı il və təlimlərin üçüncü mərhələsi (Modul 3): “Özəl sektor üçün əqli mülkiyyət sahəsində seçilmiş mövzular” üzrə təlimlər 15-19 may 2017-ci il tarixlərində Təlim Mərkəzində təşkil olunub.    

21.04.2016

...Bakı şəhəri, Nizami rayonu, 8-ci km ərazisində yerləşən bazarda və bazara məxsus ərazidə yerləşən ərzaq mağazasında... 

daha ətraflı
17.09.2015

...Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 60 ünvanında Atılxanov Azər Rəşxan oğluna məxsus...

daha ətraflı
04.09.2015

...Sumqayıt şəhəri, H.Əliyev prospekti 40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən...

daha ətraflı

FƏRMAN

06.11.2017

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”...

daha ətraflı
VİDEO XƏBƏR
23.11.2017
Azərbaycan Akkreditasiya Mərkəzi Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvlüyünə qəbul edilib
QAYNAR XƏTT
TABE QURUMLAR
Copyright © 2010 Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi! Bütün hüquqlar qorunur.
Sayt  Lider veb studiyası  tərəfindən hazırlanmışdır