ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Təlimlər haqqında elanlar

ISO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində
iştirak  edən təşkilatlara olan tələblər” standartı əsasında təlimin keçirilməsi və idarəetmə sisteminin sertifikatlaşdırılması barədə məlumat


Azərbaycan Standartlaşdırma İnstitutu və Türk Standartlar İnstitutu (TSE) birgə təşkilatçılığı ilə 20-24 noyabr 2023-cü il tarixlərində İSO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemi və qida zəncirində iştirak  edən təşkilatlara olan tələblər” beynəlxalq standartı əsasında təlim keçiriləcək. 
 
Təlimin məqsədi: 
- müəssisədə qida təhlükəsizliyini qanunların və normativ sənədlərin tələblərinə uyğun təmin  etmək;
- qida təhlükəsizliyi sahəsində riskləri qiymətləndirmək və onların mənfi təsirlərini buraxıla bilən səviyyədə saxlamaq;
- maraqlı tərəflərinin təşkilata olan inam və etibarının artmasının təmin etmək;
- fəaliyyəti qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq;
- qida təhlükəsizliyi üzrə risklərin effektiv idarə edilməsini təmin etmək; 
- qida təhlükəsizliyinə təsir göstərən amillərə nəzarət etmək;
- kritik nəzarət nöqtələrinin müəyyən edilməsi və kritik hədləri buraxıla bilən səviyyədə    saxlanması.
- qida təhlükəsizliyi idarəetmə sisteminin fəaliyyətini təkmilləşdirməkdir. 

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcək. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.
 
Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)
E-mail:office@azstand.gov.az
s.aliyev@azstand.gov.az
mob:+994 50 312 15 49

 

Beynəlxalq əməkdaşlıq