ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Elektrotexniki Komissiyanın (IEC) baş katibi AZSTAND və AzMİ-də olub
24 Sentyabr, 2026

Görüş çərçivəsində standartlaşdırma, metrologiya, IEC ilə əməkdaşlıq və laboratoriya infrastrukturu ilə bağlı müzakirələr aparılıb, IEC-in baş katibi AzMİ-nin laborator imkanları ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Beynəlxalq Elektrotexniki Komissiyanın (International Electrotechnical Commission - IEC) baş katibi və baş icraçı direktoru Filip Metzqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktoru vəzifəsini icra edən Kəmalə Məmmədzadə və Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov arasında görüş keçirilib.

Görüş zamanı AZSTAND-ın fəaliyyət istiqamətləri, Milli Elektrotexniki Komitənin fəaliyyəti, eləcə də IEC texniki komitələrində iştirak, standartların tətbiq sahələri və qəbul edilmiş dövlət standartları barədə məlumat verilib. AzMİ-nin laboratoriya infrastrukturu, habelə bu sahənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələr, beynəlxalq və regional metrologiya təşkilatları ilə əməkdaşlıq çərçivəsində görülən işlər diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə elektrotexniki sahə üzrə ölçmələr AzMİ-nin müvafiq laboratoriyalarında dövlət etalonları vasitəsilə həyata keçirilir.

Görüş çərçivəsində həmçinin IEC-ə üzvlüyün faydalarından bəhs edilib, təşkilatın texniki komitələrinin fəaliyyəti və əməkdaşların bu komitələrdə, o cümlədən IEC-in “Gənc Peşəkarlar” inkişaf proqramında iştirakı məsələləri müzakirə olunub. 

Daha sonra AzMİ-nin Vaxt, tezlik və mikrodalğa, Müqavimət, Fotometriya və radiometriya, Dalğa uzunluğu və Radiotezlik gücünün və paylanma parametrlərinin ölçmələri laboratoriyalarına baxış keçirilib. Sözügedən laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar, eləcə də həmin laboratoriyaların tətbiq sahələri, ölçmə və kalibrlənmə imkanları, tətbiq edilən metodologiyalar və beynəlxalq standartlara uyğun prosedurlar barədə məlumat verilib. 

 

Tarix:

24 Sentyabr, 2026