Texniki şərtlərin (bildirişlərin) qeydiyyat proseduru
Texniki şərtlər qəbul edildiyi tarixdən 1 (bir) ay müddətində milli standartlaşdırma qurumuna göndərilir. Milli standartlaşdırma qurumu texniki şərt daxil olduğu gündən 15 (on beş) iş günü müddətində onun "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanununa və müvafiq sahədə mövcud olan texniki reqlamentlərin tələblərinə uyğunluğu üzrə ekspertizasını həyata keçirir və rəy hazırlayır.
Ekspertiza rəyi mənfi olduqda texniki şərtlər təsərrüfat subyektinə geri qaytarılır.
Ekspertiza rəyi müsbət olduqda müvafiq şöbə texniki şərtləri işləyib hazırlayan təsərrüfat subyekti ilə xidmətin dəyərinin ödənilməsi və texniki şərtlərdə istinad edilmiş standartların rəsmi nüsxələrinin əldə edilməsi barədə müqavilə layihəsini hazırlayır və aidiyyatı struktur bölmələr ilə razılaşdırır.
Xidmətin dəyərinin qiymətləndirilməsi AZS 887:2020 “Standartlaşdırma sahəsində normativ sənədlərin işlənib hazırlanması, ekspertizası, yenidən baxılması və dəyişikliyin edilməsi üzrə dəyərin qiymətləndirilmə metodikası” dövlət standartı əsasında hesablanır.
Təsərrüfat subyekti ilə müqavi bağlandıqdan və müvafiq ödəniş edildikdən sonra texniki şərtlər qeydiyyata alınması üçün Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və reyestri şöbəsinə təqdim edilir.
Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və reyestri şöbəsi tərəfindən təqdim edilən texniki şərtlər Reyestrdə və müvafiq informasiya sistemində qeytiyyat alınır. Qeydiyyata alınmış texniki şərtlər və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondu və reyestri şöbəsi tərəfindən texniki şərtlərin 2 nüsxəsi Dövlət Fonduna daxil edirir, 1 nüsxəsi isə istinad standartlarının rəsmi nüsxələri ilə birgə müvafiq məktubla təsərrüfat subyektinə təqdim edilir.