ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Standartların hazırlanması

Azərbaycan Respublikasında dövlət standartları Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununun və AZS 1.2:2022 “Azərbaycan Respublikasının Milli Standartlaşdırma Sistemi. Azərbaycan Respublikasının dövlət standartlarının işlənmə qaydaları” dövlət standartının tələblərinə uyğun işlənib hazırlanır.

Dövlət standartları standartlaşdırma üzrə milli proqrama və ya təşəbbüs qaydasına müvafiq olaraq işlənilib hazırlanır. Dövlət standartının ilkin layihəsini dövlət orqanları (qurumları), hüquqi və ya fiziki şəxslər hazırlaya və müvafiq texniki komitəyə təqdim edə bilər. Dövlət standartının layihəsini hazırlayan subyektlər onun qəbul edilməsinin zəruriliyini əsaslandırmalıdırlar.
Dövlət standartlarının işlənilib hazırlanması standartlaşdırma üzrə texniki komitələr vasitəsilə həyata keçirilir.
Milli standartlaşdırma qurumunun rəsmi internet saytında dövlət standartlarının layihələrinin ictimai müzakirəsi 60 təqvim günü ərzində aparılır. Müvafiq texniki komitəyə daxil olan rəylərə ən geci 1 (bir) ay müddətində baxılmalı və rəylər nəzərə alınmadıqda, rəy müəllifinə bu barədə əsaslandırılmış məlumat verilməlidir.
Texniki komitədə dövlət standartları konsensus əsasında qəbul olunur
Bütün maraqlı tərəflərin layihə üzrə razılığı əldə edildikdən və nəzərə alınmamış rəylərlə əlaqədar rəy müəlliflərinə məlumat verildikdən sonra müvafiq texniki komitə dövlət standartını qəbul edilməsi üçün aşağıdakıları özündə ehtiva edən sənədlər toplusunu tərtib edərək milli standartlaşdırma qurumuna göndərir:
•    kağız (3 nüsxə) və elektron daşıyıcılarda dövlət standartının layihəsini;
•    Texniki Komitənin protokolunu;
•    dövlət standart layihəsinin razılaşdırılmasını təsdiq edən sənədləri;
•    standart layihəsinin işlənib hazırlanmasında istifafə edilən elmi tədqiqatların,              patentlərin, ixtiraların, sınaqların və ölçmələrin nəticələrinin surətlərini.
Milli standartlaşdırma qurumu müvafiq qanunvericiliyin tələblərinə uyğunluğu baxımından layihənin ekspertizasını aparır və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa tələblərinə uyğun olduğu halda hazırlanmış dövlət standartını qəbul edir və dövlət reyestrinə daxil edir. Dövlət reyestrinə daxil edilmiş dövlət standartı, eyni zamanda, standartlaşdırma üzrə dövlət fonduna daxil edilir. Dövlət standartının qüvvəyə minmə tarixi dövlət standartında göstərilir.
İnstitut standartların hazırlanmasını həyata keçirir

 

Beynəlxalq əməkdaşlıq