Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodlarının müvafiq standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun təsdiq edilməsi prosesindən əvvəl milli standartlaşdırma qurumundan standartlaşdırma üzrə normativ sənədlərin rəsmi nəşrlərinin əldə olunması və onların tələblərinə riayət olunması məcburi hesab olunur.
Qanunvericilik aktlarında birbaşa istinadlar yalnız ölkə ərazisində qüvvədə olan dövlət dilində dərc edilmiş standartlaşdırma üzrə normativ sənədlərə verilə bilər.
Standartları tətbiqi və yayımı müəlliflik hüquqlarına əməl edilməklə həyata keçirilir. Rəsmi nəşrlərə müəlliflik hüququ milli standartlaşdırma qurumuna məxsusdur. Uyğunluğun qiymətləndirilməsi zamanı fiziki və hüquqi şəxslər rəsmi nəşrlərin (texniki şərtlər istisna olmaqla) onlara məxsusluğunu (standartlaşdırma üzrə sənədlərin milli standartlaşdırma qurumundan alınmasını) təsdiq etməlidirlər.
İnstitut tərəfindən AZS ISO 9001:2020 “Keyfiyyət idarəetmə sistemləri”, AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”, AZS ISO SO 45001:2018 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi, istifadə üzrə izahlı tələblər”, AZS ISO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər”, AZS ISO 37001:2016 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri Təlimatlarla bağlı tələblər” və s. idarəetmə standartlarının, o cümlədən digər standartların tətbiqi həyata keçirilir.