Fond “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunu və Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 492 nömrəli qərarı ilə təsdiq edilmiş" Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası" əsasında Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində fəaliyyət göstərir.
Dövlət standartları, ilkin dövlət standartları, texniki şərtlər, beynəlxalq, regional və dövlətlərarası standartlar, standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyyələr, xarici dövlətlərin standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatlar Dövlət Fondunu təşkil edir.
Standartlaşdırma üzrə dövlət fondu müvafiq dövlət orqanları (qurumları), beynəlxalq, regional və xarici ölkələrin aidiyyəti təşkilatları ilə, habelə yerli təşkilatlarla qarşılıqlı əlaqə şəraitində qurulan və standartlaşdırma sahəsində sənədlərin məcmusundan ibarət olan və milli standartlaşdırma qurumu tərəfindən idarə olunan informasiya resursudur.
Əsas məqsəd – bütün maraqlı tərəflər üçün normativ sənədlərə çıxış imkanının verilməsi, onların mütəmadi olaraq yenilənən dəqiq və ətraflı məlumatla təminatı
Fonddan rəsmi nüsxələri elektron və kağız şəklində əldə etmək mümkündür.
Normativ sənədlərin icazəsiz istifadəsi qadağandır.
- standart - təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəd;
- beynəlxalq standart – standartlaşdırma üzrə beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş standart;
- regional standart - standartlaşdırma üzrə regional təşkilatlar tərəfindən qəbul olunmuş standart;
- dövlət standartı - milli standartlaşdırma qurumu tərəfindən qəbul edilən standart;
- ilkin dövlət standartı - tətbiqi müvəqqəti olan, istifadəsi zamanı lazımi təcrübənin əldə olunması üçün nəzərdə tutulan standartlaşdırma üzrə normativ sənəd;
- dövlətlərarası standartlar - iki və daha çox dövlətin qarşılıqlı razılığı əsasında qəbul olunmuş və bir-biri ilə müvafiq
- texniki şərtlər – mala (işə, xidmətə), onunla əlaqəli proseslərə (o cümlədən idarəetmə sistemlərinə) və istehsal metodlarına dair texniki tələbləri müəyyənləşdirən, tətbiqi könüllü olan normativ sənəd.