31 may tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və Çin Xalq Respublikasının milli standartlaşdırma qurumu olan Çin Standartlaşdırma Administrasiyasının (SAC) əməkdaşları arasında video konfrans formatında görüş keçirildi.
Görüsdə iki ölkə arasında standartlaşdırma sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə olundu.