ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın nümayəndələri ISO/CASCO-nun 40-cı plenar iclasında iştirak edib
20 Aprel, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) Baş direktor müavini Kəmalə Məmmədzadə və qurumun digər nümayəndələri Beynəlxalq Standartlaşdırma Təşkilatının Uyğunluğun Qiymətləndirilməsi Komitəsinin (ISO/CASCO) 40-cı plenar iclasında iştirak ediblər.

Plenar iclasda Azərbaycandan nümayəndələr ilə yanaşı, Yaponiya, Çin, Yunanıstan, Fransa, Amerika Birləşmiş Ştatları, Rumıniya, Hindistan, Qazaxıstan, Bəhreyn, Böyük Britaniya, İndoneziya, Yamayka, Meksika, Malayziya, Oman, Almaniya, Misir, Qana, Kolumbiya, Ekvador, Rusiya Federasiyası, Argentina, Keniya, Koreya, Niderland, İtaliya və digər ölkələrin milli standartlaşdırma qurumlarının, eləcə də məhsul, xidmət və idarəetmə sistemlərinin uyğunluğunun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən üzv ölkələrin nümayəndələri iştirak ediblər.

İclas zamanı uyğunluğun qiymətləndirilməsi sahəsində yenilənmiş beynəlxalq standartlar haqqında məlumat verilib, gələcək perspektivlər və onların tətbiqi istiqamətində qarşıda duran prioritet məsələlər müzakirə olunub.

Bununla yanaşı, iclas çərçivəsində uyğunluğun qiymətləndirilməsi sahəsində rəqəmsallaşma, innovativ yanaşmaların tətbiqi və elektron öyrənmə platformasının təqdimatı və ondan istifadə qaydaları haqqında  geniş məlumat verilib.

Qeyd: ISO/CASCO — Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tərkibində fəaliyyət göstərən Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitədir. Komitə məhsulların, xidmətlərin və idarəetmə sistemlərinin standartların tələblərinə uyğunluğunun təsdiqi prosesləri üzrə beynəlxalq standartlar, rəhbər sənədlər və siyasətlər hazırlayır.

 

Tarix:

20 Aprel, 2026