ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi Çində beynəlxalq seminarda iştirak edib
21 Oktyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Gülzar Hüseynova Çin Xalq Respublikasının Çançjou və Şanxay şəhərlərində “İnkişaf etməkdə olan ölkələrin yaşıl inkişaf sənayelərinin standartlaşdırılması üzrə əməkdaşlıq seminarı”nda iştirak edib.

Seminarda Çinin beynəlxalq standartlaşdırma fəaliyyətlərində iştirakı ilə bağlı inkişaf strategiyaları, iş rejimləri, proseslər və tələblər, müvafiq sahədə qanunvericilik, texniki standartlaşdırma sistemi və beynəlxalq əməkdaşlıqlar barədə məlumat verilib. Yaşıl sənayenin inkişafı, əsas xüsusiyyətləri, mövcud vəziyyəti və bu sahədə tətbiq olunan beynəlxalq və milli standartlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində iştirakçılar “Shanghai Siemens Switchgear Co., Ltd.”, “Shanghai  Mitsubishi Elevator Co.,Ltd.”, “Jiangsu Li Auto Intelligent Technology Co., Ltd” kimi qabaqcıl texnologiyalara malik istehsal müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Tarix:

21 Oktyabr, 2026