ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən baş auditor təlimi keçirilib
20 Oktyabr, 2026

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO 14001:2026 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” beynəlxalq standartı əsasında baş auditor təlimi təşkil olunub.

“Esenek” tədris mərkəzinin rəhbəri Halil Çelikin təqdimatında onlayn formatda keçirilən təlimdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərişıq” ASC, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Aqrokompleks”, “İstisu” mineral su zavodu MMC, “Azəralüminium” MMC olmaqla müxtəlif dövlət qurumları və özəl sektorun nümayəndələri, o cümlədən AZSTAND-ın əməkdaşları iştirak ediblər.

Təlimin əsas məqsədi iştirakçıların ISO 14001:2026 standartının yeni tələbləri və əvvəlki versiya ilə müqayisədə əsas dəyişikliklər barədə biliklərinin artırılması, eləcə də ətraf mühiti idarəetmə sistemlərinin planlaşdırılması, tətbiqi, qiymətləndirilməsi və auditinin aparılması üzrə nəzəri və praktiki bacarıqlarının inkişaf etdirilməsi olub.

Təlim çərçivəsində iqlim dəyişikliyi, risk və imkanların idarə olunması, maraqlı tərəflərin gözləntilərinin nəzərə alınması, təşkilatın strateji istiqaməti ilə ətraf mühitin idarəetmə sisteminin uyğunlaşdırılması və davamlı təkmilləşdirmə məsələləri müzakirə edilib.
Təlim iştirakçıların ISO 14001:2026 standartı üzrə baş auditor kimi fəaliyyət göstərməsi üçün zəruri bilik və praktiki səriştələrin inkişafına töhfə verib.

 


 

Tarix:

20 Oktyabr, 2026