ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Ölkədə zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib
23 Oktyabr, 2026

Yeni dövlət standartları qiymətli metallardan gümüş və platinin və onların ərintilərinin markalarını müəyyən edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1018:2026 (ГОСТ 6836-2002) “Gümüş və gümüş əsaslı ərintilər. Markalar” və AZS 1019:2026 (ГОСТ 13498-2010) “Platin və platin əsaslı ərintilər. Markalar” adlı yeni dövlət standartları qəbul edilib.

Standartların qəbul edilməsində əsas məqsəd gümüş və platindən hazırlanan məhsulların kimyəvi tərkibinin və saflıq dərəcəsinin müəyyən edilməsi və markalanmasında vahid yanaşmanı təmin etməkdir.

Sözügedən standartlar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin bazasında fəaliyyət göstərən “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırılma üzrə Texniki Komitənin (AZSTAND/TK 36) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix:

23 Oktyabr, 2026