ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

“İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası keçirilib
23 Oktyabr, 2026

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bazasında təsis edilən “İnformasiya-kommunikasiya texnologiyaları” üzrə Texniki Komitənin (AZSTAND/TK 05) növbəti iclası keçirilib.

İclasda həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhklükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyi, Azərbaycan Texniki Universiteti, “AzInTelecom” MMC, “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İB, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosasiyası və “BEST Solution” MMC-nin nümayəndələri iştirak ediblər.

İclasda Fəaliyyət Planına uyğun görülmüş işlər, o cümlədən İKT sahəsində 7 yeni dövlət standartının layihəsi müzakirə edilib və aktual hesab edilən əlavə standartların hazırlanması qərara alınıb.

Bundan əlavə, AZSTAND/TK-05-in ISO/IEC JTC 1 İnformasiya texnologiyası standartlaşdırma üzrə beynəlxalq Texniki Komitədə milli “güzgü komitə” qismində fəaliyyət göstərməsi məsələsinə nəzər salınıb.

Sonda Texniki Komitənin fəaliyyətində iştirakla bağlı müraciətlər nəzərə alınaraq AZSTAND/TK 05-in  tərkibinə yeni üzvlər qəbul olunub.

 

Tarix:

23 Oktyabr, 2026