2026-cı ilin 3 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə əsasən, ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş Dövlət Proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər də nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 43 yeni dövlət standartı qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
1. Qida texnologiyası və kənd təsərrüfatı üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS 153-2026 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
2. AZS 152-2026 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”.
3. AZS 995:2026 (O z Dst 629:2021) “Pambıq mahlıcı. Rəng və xarici görnüşün müəyyən olunma metodları”.
2. Nəqliyyat sahəsi üzrə 7 dövlət standartı qəbul edilib:
1. AZS 993:2026 (ГОСТ P 70716-2023) “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər”.
2. AZS ECE 21:2026 “Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar”.
3. AZS ISO 6742-2:2026 “Velosipedlər - İşıqlandırma cihazları və retro-reflektiv cihazlar - Hissə 2: Retro-reflektiv cihazlar”.
4. AZS ECE 85:2026 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar”.
5. AZS ISO 8098:2026 “Velosipedlər - Kiçik yaşlı uşaqlar üçün velosipedlərə dair təhlükəsizlik tələbləri”.
6. AZS ECE 51:2026 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar’’.
7. AZS ECE 16:2026 “Təsdiq üçün vahid müddəalar: I. Mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçün təhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri; II. Təhlükəsizlik kəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemlər ISOFIX uşaq saxlayıcı sistemləri və İ- ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmiş nəqliyyat vasitələri”.
3. Uşaq malları üzrə 9 dövlət standartı qəbul edilib:
1. AZS EN 1273:2026 “Uşaq - qulluq ləvazimatları - Uşaq yerimə arabaları - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
2. AZS EN 14350:2026 “Uşaq qulluq ləvazimatları - İçmək üçün ləvazimatlar - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
3. AZS EN 16780:2026 “Uşaqlara qulluq üçün tekstil məhsulları - Beşik qoruyucuları üçün təhlükəsizlik tələbləri və sınaq üsulları”.
4. AZS EN 1400:2026 “Uşağın istifadəsi və qulluğu üçün ləvazimatlar - Körpələr və azyaşlı uşaqlar üçün əmziklər - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
5. AZS EN 1466:2026 “Uşaq - qulluq ləvazimatları - Evdə istifadə üçün daşınan uşaq çarpayıları və altlıqları - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
6. AZS EN 14682:2026 “Uşaq geyimlərinin təhlükəsizliyi - Uşaq geyimlərində qaytan və büzmə iplər - texniki xüsusiyyətləri”.
7. AZS EN 16779-1:2026 “Uşaqlara qulluq üçün tekstil məhsulları - Uşaqlar üçün çarpayı yorğanları ilə bağlı təhlükəsizlik tələbləri və sınaq metodları - Hissə 1: Yorğan (yorğan örtükləri istisna olmaqla)”.
8. AZS EN 17022:2026 “Uşaq qulluq ləvazimatları - Yuyunma vasitələri - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
9. AZS EN 17072:2026 “Uşaq qulluq ləvazimatları - Vannalar, altlıqlar və qeyri-müstəqil yuyunma vasitələri - Təhlükəsizlik tələbləri və sınaq üsulları”.
4. Sənədləşdirmə və nəşriyyat üzrə 3 dövlət standartı qəbul edilib:
1. AZS ISO 3297:2026 “İnformasiya və sənədləşdirmə. Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN)”.
2. AZS ISO 6357:2026 “Sənədləşdirmə. Kitab və digər nəşrlərdə cildin kötük hissəsindəki başlıqların tərtibatı”.
3. AZS ISO 22300:2026 “Təhlükəsizlik və davamlılıq. Lüğət”.
5. Energetika və istilik mübadiləsi sistemləri üzrə 1 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 23172:2026 “Stasionar qazanlar.Terminlər və təriflər”.
6. İdarəetmə və keyfiyyət üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri. Tələblər və istifadə üçün təlimat".
2. AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar”
7. Mebel sahəsi üzrə 4 dövlət standartı qəbul edilib:
1. AZS EN 716-1:2026 “Mebel - Uşaq çarpayıları və məişətdə istifadə üçün nəzərdə tutulmuş qatlanan uşaq çarpayıları - Hissə 1: Təhlükəsizlik tələbləri”.
2. AZS EN 1272:2026 “Uşaq qulluq ləvazimatları - Masaya quraşdırılan stullar - Təhlükəsizlik tələbləri və sınaq üsullar”.
3. AZS ГОСТ 24220:2026 “Mebel parçaları. Ümumi texniki şərtlər”.
4. AZS ГОСТ 34873:2026 “Mebel üçün dəri. Texniki şərtlər”.
8. Hidravlik sistemlər və ümumi istifadə üçün komponentlər üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS ISO 4414:2026 “Pnevmointiqallı sistemlər, onların komponentləri ilə bağlı ümumi qaydalar və təhlükəsizlik tələbləri”.
2. AZS ГОСТ 24856:2026 “Boru kəməri armaturu. Terminlər və təriflər”.
9. Neft-qaz, kimya və əlaqəli texnologiyalar sahəsi üzrə 5 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 15.109:2026 “Məhsulun işlənib hazırlanması və istehsala buraxılması sistemi. Sənaye partlayıcı materialları”.
2. AZS ГОСТ 194:2026 “Texniki difenilamin. Texniki şərtlər”.
3. AZS ГОСТ 33732:2026 “Pirotexniki məmulatlar. Ümumi təhlükəsizlik tələbləri”.
4. AZS ГОСТ 33950:2026 “Pirotexniki məmulatlar. Sınaq metodları”.
5. AZS ГОСТ 31371.1:2026 "Təbii qaz. Qaz xromatoqrafiyası üsulu ilə tərkibin təyini və qeyri-müəyyənliyin qiymətləndirilməsi. Hissə 1. Ümumi məlumatlar və tərkibin təyini".
10. Bina qurğuları üzrə 2 dövlət standartı qəbul edilib:
1. AZS ГОСТ 33984.2:2026 "Liftlər. Sertifikatlaşdırma zamanı tədqiqat (sınaq və ölçmələrin aparılma qayda və metodları. Nümunə götürmə qaydaları".
2. AZS ГОСТ 33984.3:2026 “Liftlər. Liftin təhlükəsizlik qurğularının sertifikatlaşdırılması aparılarkən tədqiqat (sınaq) və ölçmələrin aparılma qayda və metodları. Nümunələrin götürülmə qaydaları”.
11. Zərgərlik sahəsi üzrə 1 dövlət standartı qəbul edilib:
1. AZS EN 12472:2026 “Örtüklü məmulatlardan nikelin ayrılmasının aşkar edilməsi üçün sürətləndirilmiş aşınma və korroziyanın simulyasiyası üsulu”.
12. Turizm sahəsi üzrə 4 dövlət standartı qəbul edilib:
1. AZS ISO 3163:2026 “Macəra turizmi — Lüğət”.
2. AZS ISO 21101:2026 "Macəra turizmi — Təhlükəsizlik idarəetmə sistemləri — Tələblər"
3. AZS ISO 21103:2026 "Macəra turizmi — İştirakçılar üçün məlumat".
4. AZS OİC/SMİİC 9:2026 “Halal turizm xidmətləri.Ümumi tələblər”.
Eyni zamanda 6 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib:
1. AZS ECE 21-2012 “Avtonəqliyyat vasitələrinin daxili avadanlıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər”.
2. AZS 153-2005 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
3. AZS 152-2005 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”.
4. AZS ECE 85:2012 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
5. AZS ECE 51-2012 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
6. AZS ECE 16-2012 “I. Mexaniki nəqliyyat vasitələrində olan şəxslər üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin, qoruyucu sistemlərin, uşaqlar üçün qoruyucu sistemlərin və uşaqlar üçün ISOFIX qoruyucu sistemlərin; II. Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaqlar üçün qoruyucu sistemlər və uşaqlar üçün ISOFIX qoruyucu sistemlər ilə təchiz olunmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
6 dövlət standartı ləğv edilib:
1. AZS ECE 21-2012 “Avtonəqliyyat vasitələrinin daxili avadanlıqlarının rəsmi təsdiqinə dair vahid göstərişlər”.
2. AZS 153-2005 “Pambıq mahlıcı. Mikroneyr və xətti sıxlığın təyini metodları”.
3. AZS 152-2005 “Pambıq mahlıcı. Xüsusi qırılma yükünün müəyyən edilmə üsulları”.
4. AZS ECE 85:2012 “Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
5. AZS ECE 51-2012 “Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”.
6. AZS ECE 16-2012 “I. Mexaniki nəqliyyat vasitələrində olan şəxslər üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin, qoruyucu sistemlərin, uşaqlar üçün qoruyucu sistemlərin və uşaqlar üçün ISOFIX qoruyucu sistemlərin; II. Təhlükəsizlik kəmərləri, qoruyucu sistemlər, uşaqlar üçün qoruyucu sistemlər və uşaqlar üçün ISOFIX qoruyucu sistemlər ilə təchiz olunmuş nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər.”
Sahibkarların müraciəti əsasında 37 texniki şərt ekspertiza edilərək qeydiyyata alınıb.
